Çərşənbə, Mart 4, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsini müzakirə edib

25/01/2023
Azərbaycan və Türkmənistan Xəzərin  dibinin bölünməsini müzakirə edib
14
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan da, Türkmənistan da Xəzər dənizinin dibinin orta xətt üzrə bölünmə prinsipini qəbul etsələr də, hələ də müəyyən fikir ayrılıqlarına görə bölgünü başa çatdıra bilmirlər

Yanvarın 24-25-də Aşqabadda Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə Birgə işçi qrupunun növbəti iclası keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Türkmənistan nümayəndə heyətinə isə Xəzər dənizi İnstitutunun direktoru, Xəzər dənizi məsələləri üzrə Türkmənistanın xüsusi nümayəndəsi Murad Atacanov rəhbərlik edib.

“Birgə işçi qrupunun iclası zamanı Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş layihəsinin müddəalarının müzakirəsi davam edib”, deyə məlumatda qeyd edilir.

Caspian Barrel xatırladır ki, bundan öncə, 2022-ci il sentyabrın 12-13-də Bakı şəhərində Xəzər dənizinin dibinin bölünməsi məsələləri üzrə iki ölkənin birgə işçi qrupunun iclası keçirilmişdi.

O zaman açıqlanan məlumata görə, “Bakı görüşündə Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Azərbaycan və Türkmənistan arasında Saziş layihəsinin müddəaları müzakirə edilib və tərəflər danışıqlar prosesini davam etdirmək barədə razılığa gəlib”.

“Amerikanın səsi” radistansiyasının məlumatına görə, 1992-ci ildən Xəzərin hüquqi statusu barədə konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri başlayıb. Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşıb.

1998-ci ilin iyulunda Moskvada Rusiya ilə Qazaxıstan arasında “Xəzərin Şimal hissəsinin dibinin bölünməsinə dair Birgə Saziş” imzalanıb.

2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb. Üçtərəfli sazişə görə, orta xətt üzrə Xəzərin dibinin 18,7 faizi Rusiyanın, 19,5 faizi Azərbaycanın, 29,6 faizi Qazaxıstanın nəzarətində qalıb.

Türkmənistan 2005-ci ildən Xəzər dənizinin dibinin orta xətt prinsipinə görə bölünməsinə razılıq versə də, Türkmənistanla Azərbaycan arasındakı bölgü zamanı Abşeron yarımadası və Çilov adasını nəzərə almamağa çağırıb. Azərbaycan tərəfi bu prinsiplə razılaşmayıb, çünki adalar və yarımadalar faktorları beynəlxalq münasibətlərdə su sərhədləri və onların dibinin bölünməsində həlledici amil kimi tanınır.

Nəhayət, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.

Konvensiyaya əsasən. Xəzərin su səthində hər bir dövlətin 15 mil məsafədə milli zonası, daha 10 mil məsafədə isə balıqçılıq zonası müəyyən olunur. Qalan hissələr isə gəmiçilik və digər məqsədlər üçün ümumi istifadə üçün nəzərdə tutulur.

Sənədə görə, dənizin dibi üzbəüz və yanakı dövlətlər üçün sektorlara bölünür.

Amma Konvensiya Xəzəryanı ölkələr arasında onun dibinin bölüşdürülməsi zamanı hər hansı yaranmış mübahisənin onlar arasında danışıqlar yolu ilə həll edilməsini təklif edir. Yəni, bu baxımdan Azərbaycanla İran, Azərbaycanla Türkmənistan arasında Xəzərin dibindəki yataqların bölüşdürülməsi ilə bağlı əvvəllər olan fikir ayrılıqları bu günədək öz həllini tapmayıb.

Bundan əlavə, İrandan başqa bütün Xəzəryanı ölkələr 2018-ci il avqustun 12-də imzalanmış Konvensiyanı parlamentlərində təsdiq ediblər. İran İslam Respublikasının parlamenti bunu ona görə etməyib ki, Xəzəri göl saydıqları təqdirdə, imzalanan sənəd onun su səthinin dəniz, dibinin isə heç də tam göl olmadığını (əgər İranın baxışları ilə Xəzər göl olsaydı, onda onun həm su, həm də dibi beş sahilyanı ölkə arasında bərabər – hərəyə 20% olmaqla bölünməliydi) göstərir.

Caspian Barrel

 

Tags: AzərbaycanTürkmənistanXəzər dəniziXəzərin statusu

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.