Cümə axşamı, May 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan altı aya magistral kəmərlərdən $1 milyard gəlir əldə edib

25/08/2023
Azərbaycan altı aya magistral kəmərlərdən $1 milyard gəlir əldə edib
6
BAXIŞ
Share on FacebookShare on Twitter

2023-cü ilin birinci yarısında magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 796 milyon 588,9 min manat ($1 milyard 57 milyon) təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrünün göstəricisindən 1,9% çoxdur.

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

Xüsusilə, magistral neft kəmərlərinin (Bakı-Tbilisi-Ceyhan daxil olmaqla) fəaliyyətindən 535 milyon 337,2 min manat ($314,9 milyon -İF) gəlir əldə edilib. 2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə gəlirlərin həcmi 12,5% azalıb.

Hökumətin məlumatına görə, 2023-cü ilin birinci yarısında magistral neft boru kəmərləri şəbəkəsində itkilər ötən ilin analoji dövrü ərzində 1,3 min tona qarşı 1,7 min ton (artım 30,8%) təşkil edib.

2023-cü ilin yanvar-iyun aylarında magistral qaz boru kəmərlərinin (Cənubi Qafqaz boru kəməri daxil olmaqla (Bakı-Tbilisi-Ərzurum- İF)) fəaliyyətindən Azərbaycanın gəlirləri 1 milyard 261 milyon 251,7 min manat ($741,9 milyon -İF) təşkil edib, ötən ilin birinci yarısı ilə müqayisədə artım 9,5% olub.

Birinci yarımilliyin yekunları üzrə magistral qaz boru kəmərlərinin itkiləri ötən ilin eyni dövrünün 24,8 milyon kubmetr göstəricisinə qarşı 38 milyon kubmetr (artım 53,2%) təşkil edib.

2023-cü ilin yanvar-iyun aylarında magistral neft kəmərləri ilə 19 milyon 649,7 min ton neft (artım 10,7%), qaz kəmərləri ilə 20 milyard 273,1 milyon kubmetr qaz (artım 1,9%) nəql edilib. Bununla yanaşı, magistral neft kəmərləri ilə nəqlin ümumi həcmində təxminən 76,5% Bakı-Tbilisi-Ceyhan boru kəmərinin, magistral qaz kəmərləri ilə nəqlin ümumi həcmində 53,8% Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum – İF) payına düşür.

Xəbər verildiyi kimi, 2022-ci ildə magistral boru kəmərlərinin fəaliyyətindən Azərbaycanın gəlirləri 3 milyard 567 milyon 157 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 17% çoxdur.

Həmçinin, magistral neft kəmərlərinin fəaliyyətindən 1 milyard 238 milyon 913,7 min manat artım 3,4%), magistral qaz kəmərlərinin fəaliyyətindən – 2 milyard 243,1 min manat (artım 25,7%) gəlir əldə edilib.

Tags: Azərbaycanmagistral kəmərlər

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.