Çərşənbə, Yanvar 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkmənistan Qaz İxrac Edən Ölkələr Forumuna qoşulmaq üçün dəvət alıb

Türkmənistan ehtiyatlarına görə Rusiya, İran və Qətərdən sonra dünyanın dördüncü qaz ölkəsi sayılır

03/04/2024
Türkmənistan Qaz İxrac Edən Ölkələr Forumuna qoşulmaq üçün dəvət alıb
37
BAXIŞ
Share on FacebookShare on Twitter

Qaz İxrac Edən Ölkələr Forumu (GECF) Türkmənistanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Qeyd edilib ki, Türkmənistanın Qətərdəki səfirliyində səfir Mıratqeldi Seyitmammedov və Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Mohamed Hamel arasında görüş keçirilib.

Görüş zamanı Baş katib türkmənistanlı diplomata üzv ölkələr, beynəlxalq təşkilatlar və istehlakçı ölkələr arasında dialoqu və əməkdaşlığı təşviq edən beynəlxalq hökumət təşkilatı kimi GECF-in rolu haqqında ətraflı məlumat verib.

“M.Hamel onu da qeyd edib ki, zəngin təbii qaz ehtiyatlarına malik olan və əsas onun ixracatçısı olan Türkmənistan GECF-ə qoşulmağı və onun fəaliyyətində iştirak etməyi faydalı hesab edə bilər”,- məlumatda vurğulanıb.

Görüşdən sonra tərəflər Türkmənistan və GECF arasında əməkdaşlıq və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi imkanlarını araşdırmaqla bağlı niyyətlərini ifadə ediblər.

Qaz İxrac Edən Ölkələr Forumu beynəlxalq hökumətlərarası təşkilatdır. İndi onun üzvləri 13 dövlət: Əlcəzair, Boliviya, Venesuela, Misir, İran, Qətər, Liviya, Mavritaniya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Trinidad və Tobaqo, Ekvatorial Qvineyadır.

Müşahidəçi statusuna malik ölkələr isə Anqola, Azərbaycan, İraq, Qazaxıstan, Norveç, Oman, Perudur.

Forumun əsas məqsədi üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi imkanlarının sərbəst planlaşdırılması, ekoloji nəticələri nəzərə alan davamlı və effektiv inkişafın təmin edilməsi və qaz ehtiyatlarının xalqların rifahı naminə qorunmasıdır.

 

Tags: GECFQaz İxrac edən Ölkələr ForumuTürkmən qazıTürkmənistan

Eyni kateqoriyadan Digər materiallar

Türkiyə Türkmənistan qazının idxalı üçün üç variantı araşdırır
Maraqlı Xəbərlər

Türkiyə Türkmənistan qazının idxalı üçün üç variantı araşdırır

09/03/2024
Dragon Oil планирует добывать 20 тыс. барр/сутки в Туркменистане
Türkmənistan

Dragon Oil Xəzərdə gündəlik neft hasilatını 20 min barel artırmağı planlaşdırır

12/02/2024
Dragon Oil начнет бурение скважин в туркменском секторе Каспия
Türkmənistan

“Dragon Oil” Xəzərin Türkmənistan sektorunda yeni quyular qazmağı planlaşdırır

07/02/2024
ABŞ: Türkmən qazının Azərbaycana “swap” tədarükü sanksiyaları pozmur
Türkmənistan

ABŞ: Türkmən qazının Azərbaycana “swap” tədarükü sanksiyaları pozmur

15/01/2024
Азербайджан увеличил продажи газа за рубеж на 32 %
İran

Azərbaycan İran üzərindən gündəlik 7 mln kubmetr türkmən qazı alır

11/03/2023
Azərbaycan və Türkmənistan Xəzərin  dibinin bölünməsini müzakirə edib
Türkmənistan

Azərbaycan və Türkmənistan Xəzərin dibinin bölünməsini müzakirə edib

25/01/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.