Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək

İki il müddətinə nəzərdə tutulmuş üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan artıqdır

22/04/2024
bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək
18
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) ilə bp arasında icmalarda su təchizatı ilə əlaqədar vəziyyəti yaxşılaşdırmağa kömək edəcək potensial su layihələrinin müəyyən edilməsi, seçilməsi və həyata keçirilməsi istiqamətində birgə işləmək üçün əməkdaşlıq müqaviləsi imzalanıb.

Əməkdaşlığın ilkin olaraq üç potensial layihəni əhatə edəcəyi gözlənilir.

Birinci layihədə məqsəd Göyçay rayonunda yeni su təchizatı sisteminin yaradılmasıdır. Bu sistem sel sularının toplanması, çökdürülməsi və təmizlənməsini təmin edəcək. Təmizlənmiş sudan torpaqların suvarılması üçün istifadə ediləcək. Sistemin ildə 500 min kub metrdən çox su təmizləmə gücündə olacağı nəzərdə tutulur, bu isə 100 hektara qədər ərazini suvarmağa imkan verəcək.

İkinci layihə Tovuz rayonunda iki yeraltı su təchizatı mənbəyinin – kəhrizin, bərpa edilməsi məqsədini daşıyır. Bərpa edildikdən sonra bu iki kəhriz hər il 2,5 milyon kub metrə qədər şirin su təchiz edə biləcək. Bu isə 15000 nəfərə yaxın icma üzvünün məişət istehlakı və torpaqların suvarılması ilə əlaqədar ehtiyaclarını təmin etmək deməkdir.

Üçüncü layihə Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy və Samux rayonlarında içməli su, suvarma və sanitariya təyinatlı 25 su sisteminin yaradılmasına yönəlib. Layihə ümumi əhalisi təqribən 25 min nəfər olan 20-yə yaxın kənd yaşayış məntəqəsini əhatə edəcək.

İmzalanma tədbirində ADSEA sədrinin müşaviri Əsəd Şirinov dedi:

“Yaşıl siyasətin əsas hədəflərindən biri də dayanıqlı su ehtiyatlarının formalaşdırılması və sudan səmərəli istifadənin təmin edilməsidir. Cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilməkdədir. 

“Azərbaycan beynəlxalq aləmdə iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə etibarlı və məsuliyyətli tərəfdaş kimi qəbul edilir. Ölkəmizdə ekosistemin bərpası, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycanın yaşıl gələcəyə doğru addımlar atmasının göstəricisidir.”

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi:

“Şirin su çatışmazlığı problemi ilə üzləşən kənd icmalarına kömək etmək istiqamətində Dövlət Su Ehtiyatları Agentliyi ilə səylərimizi bir araya gətirməkdən məmnunuq. Diqqəmitizi xüsusilə kifayət qədər şirin suyun olmadığı və ya təhlükəsiz su təchizatı mənbələrinin əlçatan olmadığı ərazilərə yönəldəcəyik. Ümid edirik ki, əməkdaşlığımız və birgə layihələrimiz minlərlə insanın məişət, sağlamlıq və sanitariya, eləcə də kənd təsərrüfatı istehlakı üçün suya olan tələbatını təmin etməyə kömək edəcək.”

İki il müddətinə nəzərdə tutulmuş bu üç layihənin ümumi dəyəri 2,6 milyon dollardan artıqdır.

Qeyd edək ki, bp şirkəti Azərbaycanda 32 ildir ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.

bp-nin ölkədə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını yaxşılaşdırıb və dəyişdirib.

Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 110 milyon ABŞ dollarından çox vəsait xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2353 Azərbaycan vətəndaşı çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizindən çoxunu təşkil edir.

“bp-Azərbaycan” şirkətinin mətbuat xidməti

 

Tags: BPBP Azərbaycansosial layihəələrsu təchizatı

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?
Azərbaycan

“Səngəçal” terminalında enerji sisteminin sabitləşdirilməsi layihəsi nə zaman başa çatacaq?

23/07/2025
SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb
Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.