Cümə, Dekabr 5, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Rüb ərzində Azərbaycan Neft Fondunun gəlirləri 31% azalıb, xərcləri isə 202% artıb

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftin nəqlindən əldə edilən tranzit gəlirlər fantastik dərəcədə azalıb

22/04/2024
Over nine months of 2023, the assets of the Oil Fund of Azerbaijan increased by $6.5 billion
35
BAXIŞ
Share on FacebookShare on Twitter

2024-cü ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 5 268,3 milyon manat (3 milyard 99 milyon dollar), büdcə xərcləri 3 205,4 milyon manat (1 milyard 885,5 milyon ABŞ dolları) təşkil edib.

Caspian Barrel bu barədə ARDNF-nin mətbuat xidmətinə istinadən xəbər verir.

ARDNF-nin məlumatına görə, rüb ərzində Neft Fondunun gəlirləri 2 milyard 375 milyon manat və ya 31 faiz azalıb, xərcləri isə 1 milyard 621,1 milyon manat və ya 202,3 faiz artıb.

Bu ilin birinci rübündə ARDNF-nin neft və qaz sazişlərinin icrası ilə bağlı gəlirləri 3 421,4 milyon manat (2023-cü ilin yanvar-mart aylarında – 5 596 milyon manat), o cümlədən gəlirli neft və qazın satışından 2 645,5 milyon manat (4 829,9 milyon manat) təşkil edib .

Hesabat dövründə Neft Fonduna bonus ödənişlərindən 775,9 milyon manat (765,3 milyon manat), tranzit gəlirlərindən isə cəmi 300 manat (800 min manat) daxil olub.

Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlir 1846,9 milyon manat (2047,3 manat) təşkil edib.

Hesabat dövründə ARDNF-nin 2024-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 3195,3 milyon manat (1576 milyon manat) transfert edilib.

2024-cü ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1 milyon manat (1,2 milyon manat), “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 3,2 milyon manat (2 milyon manat) vəsait ayrılıb. 

Bu dövrdə Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 5,9 milyon manat (5,1 milyon manat) təşkil edib.

Hesabat dövründə valyuta məzənnələrinin dəyişməsi nəticəsində yaranan fərqlə əlaqədar ARDNF-nin büdcədənkənar gəlirləri 151,7 milyon manat (1 427,6 milyon manat) təşkil edib.

ARDNF-nin məlumatlarını təhlil etsək görərik ki, hesabat dövründə Neft Fondunun gəlirlərinin azalmasına aşağıdakı amillər təsir göstərib:

– Azərbaycanın payına düşən mənfəət neft və qazının satışından əldə edilən gəlirlərin 1,82 dəfə azalması;

– Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neftin nəqlindən əldə edilən tranzit gəlirləri fantastik dərəcədə 2666  azalması (ortalama rübün hər ayı üçün Fond cəmi 100 manat gəlir əldə edib), lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində BTC vasitəsilə tranzit neftin nəqli 370,5 min ton və ya 37,2% artıb;

– ARDNF-nin aktivlərinin idarə edilməsindən əldə olunan gəlir 9,8% azalıb.

Neft Fondunun məlumatına görə, ilin əvvəlində inflyasiyanın səngiməsi ilə mərkəzi bankların faiz dərəcələrini azaldacağı gözləntiləri yaranmış və nəticədə dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müəyyən enmələr, eyni zamanda səhm bazarlarında müsbət dinamika müşahidə olunmuşdur. Buna baxmayaraq, rüb ərzində inflyasiyanın aşağı düşməsi tempində zəifləmənin izlənilməsi və digər makro-iqtisadi göstəricilər fonunda dövlət istiqrazlarının gəlirlilik dərəcələri rübün sonuna doğru yenidən yüksəlmişdir. Bu amillər inflyasiyanın gözləniləndən daha uzun müddətdə hədəf dəyərinə qayıtması gözləntilərini önə çəkdiyi üçün maliyyə akitvlərinin dəyəri ilə bağlı qeyri-müəyyənlik hələ də davam etməkdədir.

 

Tags: ARDNFNeft Fonduneft gəlirləri

Eyni kateqoriyadan Digər materiallar

Gürcüstan bu il Azərbaycandan 159 min ton benzin idxal edib
Azərbaycan

Fransanın cari ildə Azərbaycandan idxal etdiyi neft həcmləri açıqlanıb

20/08/2025
Цена газа в Европе превысила $1900/тыс. куб. м
Azərbaycan

I yarımildə “Şahdəniz”in işlənməsindən dövlət nə qazanıb?

23/07/2025
Члены ОПЕК Венесуэла и Иран считают комфортной цену на нефть $100
Azərbaycan

Azərbaycan Dövlət Neft Fondu II rübdə 16 tona yaxın qızıl alıb

23/07/2025
In 2023, condensate production at “Shah Deniz” field decreased by 2.8%
Azərbaycan

ARDNF I rübdə “Şahdəniz”in işlənməsindən gəlirlərini 36 %-dən çox artırıb

27/04/2025
More than 66% of Azerbaijan’s oil production falls on the ACG block
Azərbaycan

Neft Fondu 11 ayda AÇG layihəsindən $5,7 milyarddan çox gəlir əldə edib

09/12/2024
Neft Fondu: məqsədimiz  spekulyativ gəlir əldə etmək deyil
Azərbaycan

Azərbaycanın Neft Fondu 25 ilə 202 milyard dollar gəlir əldə edib

18/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.