Noyabr ayında alıcıya təhvil verilməli olan neft partiyası sentyabrın 12-də günün birinci yarısında 91-92 dollar dəhlizində ticarət edilir
Bəs neft qiymətləri niyə ucuzlaşır?
Bazar iştirakçıları “Qara qızıl”ın qiymətlərinin qlobal iqtisadiyyatda mümkün tənəzzül səbəbindən neftə tələbatın potensial azalması səbəbindən təzyiq altında olduğunu qeyd edirlər. Bu ssenari həm də mərkəzi bankların pul siyasətinin sərtləşdirilməsi və yüksək inflyasiya ilə mübarizədə faiz dərəcələrinin artırılması ilə dəstəklənir.
Bundan əlavə, dünyanın ən böyük neft idxalçısı olan Çində koronavirusa yoluxma hallarının sayı da diqqət mərkəzində olmaqda davam edir. Ölkə hakimiyyəti iri şəhərlərdə hərəkət məhdudiyyətlərini saxlayır və bununla da avtomobil yanacağına olan tələbat azalır.
Caspian Barrel