Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq

Qırmızı dənizdəki gərginlik fonunda tanker çatışmazlığı daşımaçılıq problemini daha da kəskinləşdirib

26/02/2024
Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq
20
BAXIŞ
Share on FacebookShare on Twitter

Caspian Barrel “Bloomberg” agentliyinə istinadən yazır ki, 2024-cü ildə qlobal neft donanmasına cəmi iki yeni tanker qoşulacaq ki, bu da təxminən 40 ildə ən kiçik göstəricidir.

Agentlik dünyadakı gəmi tərsanələrində olan sifarişləri təhlil edərək qeyd edir ki, 2025-ci ildə cəmi beş tanker istismara verilməlidir, baxmayaraq ki, 2022-ci ildə onların sayı 42 olmuşdu.

Gəmi çatışmazlığı problemi Qırmızı dənizdə gəmilərə hücumlar səbəbindən neft ticarətində fasilələr fonunda yenidən müzakirə edilib.

Materialda deyilir ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri, əvvəllər Baltik dənizi ilə cəmi bir-neçə günə Avropaya neft tədarükü həyata keçirilirdisə, indi bu proses həftələr çəkir (Rusiyadan Avropaya daşımalar həyata keçirilmir, boru ilə nəqletmə dayanıb, Rusiya nefti əsasən Asiya və Uzaq Şərq bazarlarına daha uzun yollarla çıxarılır, bu səbəbdən də tankerlər daha çox yolda olurlar və tankerlərə tələbat artdığından qiymət də artır) və Qırmızı dənizdəki hadisələr daşıma müddətini daha da artırır.

Hüsilər 2023-cü ilin noyabr ayının sonlarından ticarət gəmilərinə hücumlara başladıqdan bir müddət sonra Qırmızı dənizdən yan keçməklə yeni marşrutlar (Afrikanı dolanaraq hərəkər) gündəmə gəlsə də, tankerlər marşrutları dəyişməyə tələsmirdilər. Lakin cari ilin yanvar ayında ABŞ və Böyük Britaniyanın husilərin hücumlarına cavab olaraq Yəmənə hücum etməyə başlayandan sonra hər şey dəyişdi.

2023-cü il dekabrın 19-dan etibarən Birləşmiş Ştatlar, Böyük Britaniya, Kanada və Fransa da daxil olmaqla bir sıra digər ölkələrlə birlikdə Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün əməliyyatın keçirilməsinə başlanıldı. 12 fevralda isə Avropa İttifaqı da bu əməliyyatlara öz dəstəyini ifadə etdi.

Qeyd edək ki, yanvarın 12-dən “Brent” markalı neftin qiyməti ABŞ və Böyük Britaniyanın “Ənsar Allah” qruplaşmasının nəzarətində olan Yəmənin şəhərlərinə raket hücumlarının başlaması fonunda 80 dollar/bareli həddini aşıb. 

“S&P Global” analitikləri isə bildirirlər ki, Qırmızı dənizdə gəmiçilik marşrutlarına edilən silsilə hücumlar hələ də neft tədarükündə nəzərə çarpacaq fasilələrə səbəb olmayıb, lakin Qərbin neft idxal edən ölkələri “hər hansı bir eskalasiyanın vəziyyəti kökündən dəyişə biləcəyindən qorxaraq yuxusuz gecələr keçirməyə məcburdurlar”.

 

Tags: Brentdaşımalarhüsilərneft qiymətləriQırmızı dənizтанкер

Eyni kateqoriyadan Digər materiallar

Сдан в эксплуатацию танкер “Зангилан”
Azərbaycan

“Zəngilan” tankeri istismara verilib

02/07/2024
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb
Azərbaycan

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tankerlərlə daşıdığı yük həcmlərini açıqlayıb

08/04/2024
Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb
Maraqlı Xəbərlər

Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb

02/04/2024
SOCAR $29 milyona Bakı Gəmiqayırma Zavodunda tanker sifariş edib
Azərbaycan

SOCAR $29 milyona Bakı Gəmiqayırma Zavodunda tanker sifariş edib

06/12/2023
Fələstin-İsrail müharibəsi  neft qiymətlərini bahalaşdırdı
Maraqlı Xəbərlər

Fələstin-İsrail müharibəsi neft qiymətlərini bahalaşdırdı

09/10/2023
Brent markalı neftin 1 barreli 85,45 dollara yüksəlib
Maraqlı Xəbərlər

Brent markalı neftin 1 barreli 85,45 dollara yüksəlib

04/04/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.