logo

Azərbaycan neftinin bir bareli 121 dolları ötüb

Views: 323

Mayın 21-də “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,63 dollar artaraq 121,62 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınıb.

“CIF” tipli müqavilələr əsasında “Azeri Light” markalı neftin orta qiyməti ötən həftə ilə müqayisədə 7,47 dollar (6,62 faiz) artaraq 1 barelə görə 120,32 dollar təşkil edib.

Hesabat dövründə onun maksimal qiyməti 123,18 dollar/barel, minimum isə 118,42 dollar/barel təşkil edib.