Çərşənbə, İyun 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil

17/08/2020
Neftin gələn il 60 dollaradək bahalaşacağı istisna deyil
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“Bank of America” (BofA) iyun ayında “Brent” markalı neftin qiymətinə dair 2020-ci və 2021-ci illər üçün proqnozunu 5 dollar artıraraq müvafiq olaraq 43 və 50 ABŞ dollarınadək yüksəltdikdən sonra spot qiymətləri bütövlükdə ehtimallara uyğun olsa da, gələn il tədarük ediləcək neft gözləniləndən daha çox bahalaşacaq.

“Report” “BofA Global Research” qrupunun icmalına istinadən xəbər verir ki, neftin bahalaşmasına səbəb olan başlıca amillər arasında OPEC+ formatı çərçivəsində hasilatın ixtisarına dair razılaşmanın yerinə yetirilməsinə sərmayəçilərin etimad göstərməsi, ABŞ-dakı şistli yataqlardakı hasilatın azalması, habelə dünya boyu neftə tələbatın get-gedə bərpa olması göstərilir.

“Bu cərəyanların bundan sonra da davam edəcəyin gözləyirik. Nəticədə dünya neft bazarında 2020-ci ilin 4-cü rübündə gündəlik 4,9 milyon barel, 2021-ci ildə də gündəlik 1,7 milyon barel həcmində kəsir yarana bilər”, – sənəddə qeyd olunur.

Belə olan halda “Brent” markalı neftin gələn il hətta 60 dollarlıq həddə çatmasının yüksək ehtimal olduğunu qeyd edən müəlliflər dünya boyu neft ehtiyatlarının həcminə dair cari məlumatlara görə həmin ehtiyatlar gözlənildiyindən daha sürətlə azalır. Belə ki, ABŞ və Çin istisna olmaqla bütövlükdə ehtiyatların həcmi adi səviyyəyə qayıdıb və hazırda 2017-2019-cu illərin orta səviyyəsini cəmi 46 milyon barel üstələyir.

Çindəki ehtiyatlar ABŞ ilə aralarındakı gərginliklə bağlı böyük həcmdə qalacağı, ABŞ-da isə bunun şistli yataqlarda gözlənilən hasilat azalması ilə bağlı olduğu bildirilir.

Bütövlükdə “BofA”nın proqnozu cari ilin dördüncü rübündə koronavirus pandemiyasının ikinci dalğasından yayınmağın mümkün olacağı ehtimalına söykənir.

report

Tags: Brentproqnoz

Eyni kateqoriyadan Digər materiallar

Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb
Maraqlı Xəbərlər

Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb

02/04/2024
Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq
Maraqlı Xəbərlər

Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq

26/02/2024
Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir
Azərbaycan

Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir

23/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Bu il Azərbaycanda neft hasilatı 29,5 milyon ton ətrafında proqnozlaşdırılır
Azərbaycan

Bu il Azərbaycanda neft hasilatı 29,5 milyon ton ətrafında proqnozlaşdırılır

30/01/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.