Bazar, Noyabr 9, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb

03/05/2024
BP Bakı Mühəndislik Universitetində İKT üzrə yeni laboratoriya açıb
23
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün BP Bakı Mühəndislik Universitetində ölkə üçün informasiya-kommunikasiya texnologiyaları (İKT) və kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək məqsədilə yeni laboratoriya açıb.

“Report”un məlumatına görə, laboratoriya BP tərəfindən xüsusi olaraq alınmış və universitetdə quraşdırılmış 30 ədəd müasir və innovativ İKT avadanlığı və proqram təminatı ilə təchiz olunub.

Gözlənilir ki, hər il 1000-ə yaxın müəllim və tələbə laboratoriyadan istifadə edərək İKT sahəsində öz bilik və bacarıqlarını təkmilləşdirəcək, innovativ İKT-dən istifadə etməyi, təhlükəsiz və səmərəli informasiya sistemləri yaratmağı və saxlamağı öyrənəcək, ümumilikdə isə rəqəmsal transformasiyanı mənimsəyəcəklər. Bura əsasən kompüter mühəndisliyi, İKT, kompüter elmləri və kibertəhlükəsizlik/informasiya təhlükəsizliyi sahələrində ixtisaslaşan tələbələr daxildir.

Bəxtiyar AslanbəyliBP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, Mühəndislik Universiteti üçün İKT və kibertəhlükəsizlik bacarıqları və ümumilikdə digər mühəndislik qabiliyyətləri üzrə təlim və tədrisin keyfiyyətini yaxşılaşdırmağa kömək edəcək bu yeni laboratoriyanı açmaqdan çox məmnundurlar: “İKT-nin gündəlik həyatımızda nə dərəcədə əhəmiyyətli olduğunu söyləməyə gərək yoxdur. Buna görə də kibertəhlükəsizlik, məlumat analitikası, şəbəkələrin idarə edilməsi, proqram təminatının işlənib hazırlanması və digər əlaqəli sahələri əhatə edən bacarıqların inkişaf etdirilməsi geniş karyera imkanlarına qapı aça bilər. Daha geniş mənada isə İKT çox böyük iqtisadi əhəmiyyət daşıyır, çünki o, elektron ticarət, elektron idarəetmə, bankçılıq və nəqliyyatdan tutmuş kənd təsərrüfatı, təhsil və tibbə qədər demək olar ki, hər sahədə istifadə olunur. Gündəlik həyatımızı İKT xidmətləri və tətbiqləri olmadan təsəvvür etmək mümkün deyil. Ölkənin İKT imkanları və mütəxəssis bacarıqları nə qədər güclü olarsa, onun informasiya sistemləri bir o qədər təhlükəsiz olar. Ümid edirik ki, layihəmiz ölkənin onlayn təhlükəsizliyini təmin etmək üçün lazımi bacarıqların inkişaf etdirilməsi səylərinə töhfə verəcək”.

Layihə 2023-cü ilin may ayında başlanıb və 2024-cü ilin noyabrı üçün nəzərdə tutulmuş bitmə tarixindən xeyli əvvəl başa çatdırılıb.

Layihənin ümumi dəyəri təqribən 403 000 manat və ya 237 000 ABŞ dollarıdır.

 

Tags: BPBəxtiyar Aslanbəyli

Eyni kateqoriyadan Digər materiallar

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Contract signed on selling Total’s share in Shah Deniz project
Azərbaycan

bp “Şahdəniz” layihəsinə xərclənən vəsaiti açıqladı

27/04/2025
“BP-Azərbaycan”da nə qədər yerli vətəndaş çalışır?
Azərbaycan

“Şahdəniz Kompressiya” layihəsi üzrə Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi

30/01/2025
KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir
Maraqlı Xəbərlər

KİV: BP bərpa olunan enerji mənbələrinin tətbiqini ləngidir

27/06/2024
bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək
Azərbaycan

bp Azərbaycanda su təchizatının yaxşılaşdırılmasına dəstək verəcək

22/04/2024
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.