Çərşənbə axşamı, İyul 21, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Bloomberg” 2018-ci ilin neft bazarı üçün ən vacib 5 amili sadalayıb

28/12/2017
АБР улучшил прогноз по росту экономики Казахстана
9
BAXIŞ
Share on FacebookShare on Twitter

“2018-ci ildə bizi aşağı volatillik gözləyir. Buna səbəb OPEC-in neft bazarına nəzarət etməsi amili olacaq. Lakin spekulyativ investorlar səbəbindən qiymətlərin kəskin ucuzlaşması da istisna edilmir”.

Gələn il Brent və WTI markalı neftin qiymətləri arasında fərq arta bilər“Report” xəbər verir ki, bunu “Bloomberg” agentliyi neft bazarı üzrə apardığı təhlil əsasında bəyan edib. Agentlik həmçinin, 2018-ci ildə neft bazarına təsir edəcək 5 əsas amili sadalayıb.

İlk növbədə “Bloomberg” ABŞ-da şist neft hasilatının artmasını gözlədiyini bildirib. Bunun nəticəsi olaraq 2018-ci ildə ABŞ-ın neft ixracını artırması proqnozlaşdırılır. Londonda yerləşən “Matilda Capital” hedc fondunun təsisçisi Riçard Fullartona (Richard Fullarton) görə, “əgər ilin ilk yarısında ABŞ şist neft və Kanada hasilatı artırarsa, OPEC+ hasilatı məhdudlaşdırmağa və bazarı tənzimləməyə məcbur olacaq. Bu da öz növbəsində “Brent” və WTI markalı neft markaları arasında qiymət fərqinin artmasına gətirib çıxaracaq”.

İkinci amil – OPEC-in hasilatı məhdudlaşdırmasının nəticəsi olaraq 2018-ci ildə “Brent” markalı neft qiymətlərinin artmasıdır.

Üçüncü amil – geosiyasi risklərdir. Geosiyasi risklərin artdığı bir dönəmdə “Brent” markalı neft üçün 2018-ci ilin dekabr ayı üçün fyuçerslər arasında 100 dollarlıq kontraktlar çox populyardır. Venesuela, İran və S.Ərəbistanı geosiyasi risklər baxımından qiymətlərin artmasına təsir edəcək ölkələr arasında hallandırılıb.

Dördüncü amil – volatilliyin son 3 ilin minimal həddinə qədər azalmasıdır. “Energy Aspects” şirkətinin neft bazarı üzrə baş analitiki Amrita Sen bildirib ki, OPEC-in aktiv şəkildə bazarı idarə etmək qərarı volatilliyi aşağı səviyyədə saxlamaqda davam edəcək.

Beşinci amil isə spekulyatorların qiymətlərə təsiridir. “Bloomberg” agentliyi 2018-ci ilə daxil olarkən “Brent” və WTI markalı neftin qiymətinin yüksəlməsinə olan fyuçerslərin rekord həddə çatdığını bildirib. Bu səbəbdən Agentlik spekulyatorların əks istiqamətdə hərəkət edərək, yəni qiymətləri aşağı salaraq mənfəət əldə edə biləcəklərini istisna etmir.

Tags: BrentICEOPECWTI

Eyni kateqoriyadan Digər materiallar

“OPEC+” neft hasilatı planına düzəliş edəcək
Maraqlı Xəbərlər

27/04/2025
OPEC: Azərbaycan enerji üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib
Azərbaycan

10/03/2025
OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”
Azərbaycan

OPEC Baş katibi: “Azərbaycanla münasibətlər qızıl dövrünü yaşayır”

22/05/2024
Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb
Maraqlı Xəbərlər

Brent markalı neftin bir barelinin qiyməti 89 dolları ötüb

02/04/2024
Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq
Maraqlı Xəbərlər

Bu il dünyada tərsanələrdən cəmi iki tanker suya salınacaq

26/02/2024
Fələstin-İsrail müharibəsi  neft qiymətlərini bahalaşdırdı
Maraqlı Xəbərlər

Fələstin-İsrail müharibəsi neft qiymətlərini bahalaşdırdı

09/10/2023
Please login to join discussion
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.