logo

İran Türkiyəyə qaz ixracı müqaviləsini uzatmağı təklif edib

Views: 404

İran Milli Qaz Şirkəti (NIGC) Türkiyəyə iki ölkə arasında qaz tədarükü üçün müqavilənin 2025-ci ildən sonrakı müddətə uzadılmasını təklif edib. İndi o, Ankaradan rəsmi cavab gözləyir, deyə iran.ru portalı xəbər verir

NIGC İcraçı direktoru Həsən Montazer-Torbati İran və Türkiyənin qaz ixracı müqaviləsinin uzadılması mövzusunda ciddi danışıqlara başlaya biləcəklərinə ümidvar olduğunu bildirib.

Torbati iki qonşu ölkənin səlahiyyətlil nümayəndələrinin son günlərdə mövzunu müzakirə etmək üçün video danışıqlar apardıqlarını söyləyib.

İran Neft Nazirliyinin rəsmisi “Hələ vaxtımız xeyli olsa da, qarşı tərəfin cavablarını gözləyirik” deyib.

O, 2020-ci il mart ayının sonlarında Türkiyə ərazisindəki boru kəməri partlaması səbəbindən ixracatın uzun müddət dayanmasına baxmayaraq, İrandan oktyabr ayında Türkiyəyə təbii qaz tədarükünün keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər artdığı haqda da məlumat verib, ancaq hər hansı rəqəm açıqlamayıb.
Bu arada isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə daha 85 milyard kubmetr həcmində yeni təbii qaz ehtiyatlarının aşkar edildiyini bəyan edib. Türkiyənin Qara dənizdə kəşf etdiyi qaz həcmləri ümumilikdə  405 milyard kub metrə çatıb.
Xatırladaq ki, avqust ayında Ərdoğan Türkiyənin “Fatih” qazma gəmisinin Qara dənizdə 320 milyard kubmetr həcmində olan ən böyük qaz yatağını kəşf etdiyini açıqlamışdı. 

Türkiyə hökumətinin ilkin planına görə, “Sakariya” adnaldırılan bu qaz yatağının işlənməsinə 2023-cü ilin sonuna qədər başlanması nəzərdə tutulur.

0

Your Cart