Çərşənbə, Avqust 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək

18/12/2023
Ermənistan üçün Rusiya qazının qiyməti 2024-cü ildə dəyişməyəcək
32
BAXIŞ
Share on FacebookShare on Twitter

Rusiyadan Ermənistana tədarük olunan təbii qazın qiyməti 2024-cü ildə dəyişməyəcək, deyə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Hazırda bizdə dəqiq məlumat var ki, 2024-cü ildə Gürcüstan-Ermənistan sərhədində təhvil verilmək şərti ilə Rusiya qazının qiyməti dəyişməyəcək və əminəm ki, nəql tarifi də dəyişməyəcək”, – Qriqoryan bildirib.

Onun sözlərinə görə, “Gazprom Armenia” şirkəti artıq “Gazprom” ilə 2024-cü il üçün qaz alqı-satqısına dair müqavilə bağlayıb ki, bu da “qiymət dəyişikliyini nəzərdə tutmur”.

Qeyd edək ki, 2023-cü ildə Ermənistan Rusiya qazının min kubmetrini 165 dollardan alır.

Ermənistan nə qədər qaz idxal edir?

2022-ci ildə Ermənistan təbii qaz idxalını 6,4% artırıb – 2 milyard 965 818,1 min kubmetrə çatdırıb. İdxal olunan təbii qazın gömrük dəyəri isə 9,6% artaraq 504,8 milyon dollar təşkil edib. Bu faktlar öz məksini Ermənistan Gömrük Xidmətinin ötən ilin yekunlarına dair hesabatında əks edilib.

Ermənistan təbii qazı ənənəvi olaraq Rusiya Federasiyasından (87,7%) və İrandan (12,1%) təbii qaz idxal edir.

2022-ci ilin yekunlarına əsasən, Ermənistanın Rusiyadan idxal etdiyi təbii qazın həcmi 2 milyard 599 599,8 min kubmetr olub ki, bu da 2021-ci ilin göstəricilərindən 6,1% çoxdur. Gömrükdə bəyan edilmiş məlumatlara görə isə Rusiyadan idxal olunan qazın dəyəri il ərzində 9,7% artaraq 443,2 milyon dollar təşkil edib.

İrandan ötən il idxal olunan təbii qazın həcmi 7,9% artaraq 366 218,4 min kubmetrə, gömrük dəyəri isə 8,8% artaraq 60,9 milyon dollara çatıb.

Ermənistan həmçinin maye qaz (LPG) idxal edir. Rəsmi statistikaya görə, maye qazın tədarükü 2022-ci ildə 22,7% artaraq 90 257,6 tona, gömrük dəyəri isə 28,2% artaraq 37,6 milyon dollara çatıb.

Maye qaz Ermənistana Rusiyadan (90,3%), İrandan ( 9,2%), İraq (0,5%) cə kiçik partiyalarla hətta BƏƏ, Yunanıstan, Türkiyə, Koreya Respublikası, İtaliya və Almaniyadan tədarük edilib.

Caspian Barrel

Tags: Иран

Eyni kateqoriyadan Digər materiallar

Çinin İran neftinə qayıdışının mənası
İran

Çinin İran neftinə qayıdışının mənası

13/12/2025
Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var
Azərbaycan

Azərbaycan Prezidenti: Bizim energetika sahəsində çox böyük planlarımız var

20/05/2024
Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb
Rusiya

Rusiya İrana dəmir yolu ilə yanacaq tədarükünə başlayıb

12/04/2023
Азербайджан увеличил продажи газа за рубеж на 32 %
İran

Azərbaycan İran üzərindən gündəlik 7 mln kubmetr türkmən qazı alır

11/03/2023
İran

İranın gündəlik neft hasilatı 3 milyon barrelə yüksəlib

21/12/2022
Türkmənistan

Azərbaycan I yarımillikdə Türkmənistan və İrandan $34 mln-luq qaz idxal edib

22/08/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.