Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakıda Azərbaycan və Türkiyə energetika nazirlərinin görüşü olub

27/01/2024
Bakıda Azərbaycan və Türkiyə energetika nazirlərinin görüşü olub
24
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan və Türkiyə Prezidentlərinin qardaşlıq-dostluq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin, o cümlədən enerji əməkdaşlığının davamlı inkişafını təmin etməsindən məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə çoxşaxəli enerji tərəfdaşlığının müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsində rolundan bəhs edilib.

Söhbət zamanı hazırda iki ölkənin enerji gündəliyinin prioritet istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Azərbaycandan Türkiyə və Avropaya təbii qaz təchizatının mövcud vəziyyəti və uzunmüddətli perspektivləri, TANAP-ın genişləndirilməsi, həmçinin İğdır-Naxçıvan qaz kəmərinin inşası və bu il istismara verilməsindən irəli gələn məsələlər nəzərdən keçirilib.

Bundan başqa Naxçıvanın “yaşıl enerji zonası” kimi inkişafında Türkiyə ilə əməkdaşlığın önəmi vurğulanıb və bu xüsusda burada istehsal olunacaq elektrik enerjisinin Türkiyəyə ixracı, buradan Avropaya nəqli imkanlarının araşdırılması, bu məqsədlə infrastrukturun yaradılması kimi məsələlərin həlli ilə bağlı hər iki tərəfin iştirakı ilə yaradılmış İşçi qrupu çərçivəsində fəaliyyət nəzərdən keçirilib. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib.

Görüşdə, həmçinin bu il Türkiyədə Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin və intensiv əlaqələrin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi qeyd olunub.

AR Energetika nazirliyinin mətbuat xidməti

Tags: energetika naziriİğdır-NaxçıvanTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?
Azərbaycan

İğdır-Naxçıvan qaz kəməri nəyi dəyişəcək?

11/03/2025
Швейцарская AXPO выходит из проекта TAP
Azərbaycan

Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda müvəqqəti dayandırılacaq

29/07/2024
Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib
Azərbaycan

Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

08/07/2024
STAR NEZ ötən il Türkiyənin üç ən böyük müəssisəsi siyahısına daxil olub
Kateqoriyasız

STAR NEZ ötən il Türkiyənin üç ən böyük müəssisəsi siyahısına daxil olub

25/06/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.