Rusiya baş nazirinin müavini Aleksandr Novak Ankarada Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarla danışıqlar aparıb.
Bu barədə RF hökuməti məlumat yayıb.
“Tərəflər qaz tədarükü, eləcə də elektrik və atom enerjisi sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər”, – deyə məlumatda bildirilir.
Novak Bayraktarı, habelə Türkiyə hökumətinin və iş adamlarının digər nümayəndələrini hökumətlərarası dialoq, eləcə də enerji avadanlıqları və texnologiyalarının istehsalı sahəsində 2024-cü il sentyabrın 26-28-də Rusiyada keçiriləcək Enerji Həftəsində iştirak etməyə dəvət edib.
Qeyd edək ki, Rusiya baş nazirinin müavini 24-25 noyabr tarixlərində Türkiyədə rəsmi səfərdədir. O, iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında iştirak edir. Novak Rusiya tərəfdən komissiyanın həmsədridir.
İnterfaks-Azərbaycan