logo

“Brent”in qiyməti $70-ı ötdü

Views: 408

“Brent” markalı xam neftin bir barrelinin qiyməti 2014-cü ildən indiyədək ilk dəfə 70 dolları keçib.

AZƏRTAC xəbər verir ki, dünən gecə “Brent”in bir barrelinin qiyməti 1,2 faiz artaraq 2014-cü ildən bu vaxtadək ilk dəfə 70 dolları ötüb. Hazırda “Brent” neftinin bir barreli Londonun ICE birjasında 69,07 dollardan alıcı axtarır. “Brent”in qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 8-də 70 dollar/barreldən baha satılıb.

Bundan başqa “Layt” markalı xam neftin bir barrelinin qiyməti isə 1,8 faiz artaraq 64,76 dollara yüksəlib. Hazırda “Layt” neftinin bir barreli Nyu-Yorkun NYMEX birjasında 63,36 dollara satılır. “Layt”ın bir barreli də sonuncu dəfə 2014-cü il dekabrın 8-də 64,5 dollar/barreli keçib.

Comments: 0

0

Your Cart