Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ABŞ: Türkmən qazının Azərbaycana “swap” tədarükü sanksiyaları pozmur

15/01/2024
ABŞ: Türkmən qazının Azərbaycana “swap” tədarükü sanksiyaları pozmur
38
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkmənistan qazının İran vasitəsilə “swap” tədarükü (dəyiş-düyüş) Tehrana qarşı tətbiq olunan sanksiyaları pozmur. Bunu ABŞ-ın Türkmənistandakı səfiri Metyu Klimou bu gün Aşqabadda keçirilən mətbuat konfransında deyib.

Türkmənistan qazının İran vasitəsilə “swap” tədarükünə ABŞ-ın münasibəti ilə bağlı suala səfir belə cavab verib: “Bu, bir çox amillərdən asılıdır. Məsələn, İran vasitəsilə Azərbaycana “swap” qaz tədarükü sanksiyaları pozmur. Buna görə də tədarük bu sövdələşmənin necə strukturlaşdırılacağından asılı olacaq”, – deyə o bildirib.

Səfir Avropanın da maraq göstərəcəyi təqdirdə Transxəzər qaz kəmərinin tikintisi ideyasını müsbət qiymətləndirib.

“Hesab edirəm ki, Xəzər dənizinin dibi ilə qaz kəmərinin çəkilməsi də çox ağıllı ideyadır. Bu, mühəndislik nöqteyi-nəzərindən də böyük problem deyil. Belə bir layihəni həyata keçirmək üçün siyasi və iqtisadi hesablamalar aparılmalı və Xəzər regionu ölkələrinin və Avropanın marağı olmalıdır”, – deyə ABŞ səfiri bildirib.

2021-ci ilin 28 noyabr tarixində Azərbaycan, İran və Türkmənistan arasında təbii qaz mübadiləsi haqqında saziş imzalanıb. Saziş İran tərəfindən Azərbaycana ildə 1,5 milyard kubmetrədək Türkmənistan qazının tədarükünü nəzərdə tutur.

Qaz tədarükünə 2022-ci ilin yanvar ayında başlanılıb və gündəlik həcm 5-6 milyon kubmetr təşkil edib. 2022-ci ilin mart ayına qədər nəql olunan gündəlik həcm 7 milyon kubmetrə çatıb.

2022-ci ilin iyun ayında İran və Azərbaycan İranın boru kəməri sistemi ilə Türkmənistan qazının Azərbaycana illik nəqlinin iki dəfə artırılması ilə bağlı razılığa gəlib.

2023-cü ilin dekabr ayının əvvəlində Aşqabadda keçirilən iqtisadi əməkdaşlıq üzrə Türkmənistan-Türkiyə Hökumətlərarası Komissiyasının iclasında Türkmənistan təbii qazının İran vasitəsilə Türkiyəyə nəqli imkanları müzakirə olunub.

Xəbər verildiyi kimi, Türkmənistan uzun illərdir Azərbaycan, Türkiyə, Gürcüstan və Aİ ilə ildə 10 milyard kubmetrdən 30 milyard kubmetrə qədər ötürmə gücünə malik Transxəzər qaz kəmərinin tikintisi mümkünlüyünü müzakirə edir.

Moskva və Tehran uzun müddət kəmərin tikintisinə qarşı olub. Lakin 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan və İran prezidentləri Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Sənədə əsasən, Xəzər dənizinin dibi ilə boru kəmərinin çəkilməsi üçün bütün Xəzər ölkələrinin razılığı tələb olunmur, onun inşası məsələsi yalnız ərazisindən boru kəmərinin keçəcəyi dövlətlər (bu halda Azərbaycan və Türkmənistan) arasında razılaşdırılır.

Interfaks-Azərbaycan

Tags: ABŞ səfiriSWAPTürkmən qazı

Eyni kateqoriyadan Digər materiallar

Türkmənistan Qaz İxrac Edən Ölkələr Forumuna qoşulmaq üçün dəvət alıb
Türkmənistan

Türkmənistan Qaz İxrac Edən Ölkələr Forumuna qoşulmaq üçün dəvət alıb

03/04/2024
Türkiyə Türkmənistan qazının idxalı üçün üç variantı araşdırır
Maraqlı Xəbərlər

Türkiyə Türkmənistan qazının idxalı üçün üç variantı araşdırır

09/03/2024
Азербайджан увеличил продажи газа за рубеж на 32 %
İran

Azərbaycan İran üzərindən gündəlik 7 mln kubmetr türkmən qazı alır

11/03/2023
Azərbaycan və Türkmənistan “Dostluq” yatağı üzrə növbəti görüş keçiriblər
İran

Türkmənistanla swap qaz əməkdaşlığı Azərbaycanın xoşuna gəlib

10/02/2022
Европа второй день подряд тратит запасы газа из хранилищ
Azərbaycan

Artıq Naxçıvana qaz Türkmənistanla imzalanan müqaviləyə əsasən göndərilir – SOCAR

05/01/2022
Промышленный приток газа получен на очередной скважине месторождения Галкыныш
Türkmənistan

Türkmənistan 2020-ci ilin I yarısının enerji məlumatlarını açıqladı

07/07/2020
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.