Türkiyə qaz qovşağı üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.
Trend agentliyi Türkiyə KİV-lərinə istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz bəyan edib.
Onun sözlərinə görə, Türkiyə parlamenti beynəlxalq qaz ticarət mərkəzinin (qaz qovşağının) fəaliyyəti üçün qanunvericiliyə zəruri dəyişiklik prosesinə başlayıb.
“Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçdi. Onların sayəsində Botaş (Türkiyənin dövlət boru nəqli şirkəti) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Habın açılışı ilə qiymətlər də azalacaq ki, bu da Avropa üçün vacibdir”, – nazir bildirib.
O, həmçinin qeyd edib ki, Türkiyə qazın Avropaya nəqli və satışı üzrə digər ölkələrlə əməkdaşlıq variantlarını nəzərdən keçirir.
Xüsusilə də bu qaz qovşağı üzrə Azərbaycanla müştərək müəssisənin yaradılmasına dair razılaşmalar var.
F.Dönməz xatırladıb ki, Türkiyənin ildə təxminən 100 milyard kubmetr qaz almaq imkanı var, bunun 60 milyard kubmetrini özü istehlak edir, 40 milyardını isə qonşu ölkələrə sata bilər. Onun sözlərinə görə, əvvəlki qanunvericilik istixana qazlarının ixracı imkanları baxımından çoxsaylı məhdudiyyətlər nəzərdə tuturdu.