Cümə axşamı, Oktyabr 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir

08/08/2023
Bakı və Daşkənd yeni istilik elektrik stansiyalarının tikintisini müzakirə edir
17
BAXIŞ
Share on FacebookShare on Twitter

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlıq üzrə İşçi qrupu”nun ilk iclası Daşkənddə keçirilib.

İclasda çıxış edən İşçi qrupunun həmsədri, nazir müavini Samir Vəliyev iki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu, dövlət başçılarının qarşılıqlı səfərlərinin energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd edib.

Bildirilib ki, qarşılıqlı əməkdaşlığımız neft-qaz, neft və neft-kimya məhsullarının ticarəti, enerji sektorunda təcrübə və məlumat mübadiləsi kimi sahələri əhatə edir və ölkələrimiz arasında energetika sahəsində imzalanmış sənədlər bu istiqamətdə əlaqələrin daha da inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həmçinin hər iki ölkədə bərpa olunan enerji sahəsində böyük layihələrin həyata keçirildiyi, sahə üzrə fəaliyyət göstərən dövlət qurumları arasında əməkdaşlıq qeyd edilib.

İşçi qrupun Özbəkistan tərəfdən həmsədri, nazir müavini Akmal Cumanazarov isə Azərbaycan-Özbəkistan arasında energetika sahəsində əlaqələrin inkişafından, bu istiqamətdə müxtəlif dövlət qurumlarının sıx fəaliyyətindən bəhs edib, əməkdaşlığın hazırki səviyyəsini yüksək qiymətləndirib.

Özbəkistanda energetika, o cümlədən bərpa olunan enerji sahəsində həyata keçirilən tədbirlər, liberal enerji bazarına mərhələli keçidlə bağlı görülən işlər haqqında məlumat verib.

İclasda Azərbaycan və Özbəkistan arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrasından irəli gələn məsələlər, energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsinin icrası üzrə görülən nəticəyönümlü tədbirlər nəzərdən keçirilib.

Bundan əlavə enerji keçidi, dekarbonizasiya, neft və neft-kimya məhsullarının nəqli, neft emalı, ölkəmizin işğaldan azad edilmiş ərazilərində əməkdaşlıq, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı, geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq, eləcə də özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə, enerji tənzimlənməsi, bu sahələr üzrə təcrübə mübadiləsinin aparılması və birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, həmçinin enerji qurumları arasında əməkdaşlıq məsələləri, iki ölkənin energetika nazirlikləri və “Özbəknefteqaz” ilə SOCAR arasında imzalanması nəzərdə tutulan saziş layihələri və digər məsələlər ətrafında müzakirələr aparılıb.

İşçi qrupunun iclasında Azərbaycan tərəfdən Energetika Nazirliyi, SOCAR, “Azərenerji” ASC, Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və nazirliyin tabeliyində olan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin nümayəndələrindən ibarət heyət iştirak edib.

AR Energetika nazairliyinin mətbuat xidməti

Tags: Özbəkistan

Eyni kateqoriyadan Digər materiallar

Uzbekistan became a net importer of natural gas in 2023
Rusiya

Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

27/05/2024
Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir
Azərbaycan

Qazaxıstan və Özbəkistan Xəzərin dibi ilə Azərbaycana elektrik enerjisi ötürmək istəyir

14/11/2023
SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb
Azərbaycan

SOCAR “Uzbekneftegaz” ilə niyyət protokolu imzalayıb

01/06/2023
SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb
Azərbaycan

SOCAR prezidenti Özbəkistanın energetika nazirinin müavini ilə görüşüb

30/08/2022
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
Azərbaycan

Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

30/08/2022
Özbəkistan sosial binaların enerji səmərəliliyini artırmaq üçün $143 mln  sərmayə yatıracaq
Maraqlı Xəbərlər

Özbəkistan sosial binaların enerji səmərəliliyini artırmaq üçün $143 mln sərmayə yatıracaq

27/06/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.