Şənbə, Aprel 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb

30/08/2022
Azərbaycan və Özbəkistan energetika sahəsində Yol Xəritəsi imzalayıb
3
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi Özbəkistanla imzalanmış enerji əməkdaşlığının Yol Xəritəsinə dair açıqlama yayıb. 

“Report”un xəbərinə görə, açıqlamada deyilir ki, sənəd Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məqsədilə energetika naziri Pərviz Şahbazov və ölkəmizdə səfərdə olan Özbəkistanın energetika nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Azim Ahmedxacayevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüş zamanı imzalanıb.

Görüşdə dövlət başçısının bu ilin iyun ayında Özbəkistana səfəri zamanı energetika sahəsində əməkdaşlıq üzrə əldə edilmiş razılaşmaların, verilmiş tapşırıqların icrasının təmin edilməsi ilə bağlı müzakirələr aparılıb. P. Şahbazov ortaq tarixi-mədəni dəyərlərə malik ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişafının əsasının qoyulduğu yeni reallıqlar dövründə enerji əməkdaşlığı üçün geniş imkanların qarşılıqlı dəyələndirilməsinin və birgə tərəfdaşlıqların qurulmasının vacibliyini qeyd edib. Nazir deyib ki, Azərbaycan Prezidentinin Özbəkistana tarixi dövlət səfəri strateji tərəfdaşlığımızın enerji sahəsində dərinləşdirilməsini aktuallaşdırıb. Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bugünkü müzakirələr və energetikada birgə fəaliyyətimizin Yol Xəritəsi nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.

Energetika sektorunda ikitərəfli əməkdaşlığın yeni mərhələsində qarşıda mühüm vəzifələrin olduğunu deyən A.Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpaolunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrimizin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək.

Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılması, azad edilmiş ərazilərdə əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcəklər. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur.

Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır. 

13:35

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.

“Report”un məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov bildirib. 

“Özbəkistanla münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində bu gün energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsini imzaladıq. Azad Edilmiş Ərazilər, “Yaşıl enerji” çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir”, deyə o qeyd edib.

Tags: AzərbaycanÖzbəkistan

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Azərbaycan-Qazaxıstan işçi qruplarının II iclası keçirilib
Azərbaycan

Səfirlik: Azərbaycan Qazaxıstanın neft yataqlarına maraq göstərir

04/06/2024
Uzbekistan became a net importer of natural gas in 2023
Rusiya

Putin: “Rusiya Özbəkistana qaz tədarükünü artırmağa hazırdır”

27/05/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.