Çərşənbə, Fevral 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın yeni əməliyyat modeli təsdiq edilib

28/07/2023
SOCAR-ın yeni əməliyyat modeli təsdiq edilib
42
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclasında idarəetmə strukturunun təkmilləşdirilməsi, səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə SOCAR-ın yeni əməliyyat modeli təsdiq olunub.

Bununla bağlı SOCAR-ın mətbuat xidmətinin iyulun 27-də açıqladığı məlumatda bildirilir.

Məlumata əsasən, SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2022-ci il büdcəsinin icrası və maliyyə-təsərrüfat fəaliyyəti barədə müzakirə aparılıb, ötən il şirkətin maliyyə göstəricilərinin əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.

Müşahidə Şurasının iclasında, həmçinin şirkətin 2023-cü ilin yarımillik fəaliyyəti üzrə nəticələr nəzərdən keçirilib, 2024-cü il və sonrakı 3 il üçün büdcə proqnozları və gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bu xüsusda, xam neft və qaz kəşfiyyatı və hasilatı sahəsində effektivliyin artırılması, şirkətin “yaşıl enerji” istehsalında fəaliyyətinin gücləndirilməsi, innovativ və rəqəmsal texnologiyaların tətbiqi, biznes dayanıqlılığının və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlər və gələcək hədəflər barədə müzakirə aparılıb.

Yeni əməliyyat modeli nədir?

Caspian Barrel bununla əlaqədar Wikipedia-da əks edilmiş materialı təqdim edir: Əməliyyat modeli bir şirkətin daxili və xarici müştərilərinə necə dəyər verdiyinin vizual təsviridir. Dəyər zənciri xəritələri (value chain map) kimi də tanınan əməliyyat modelləri işçilərə şirkətin hər bir hissəsinin digər departamentlərin və strukturların ehtiyaclarını ödəməkdə oynadığı rolu vizuallaşdırmağa və başa düşməyə kömək etmək üçün yaradılır.
Əməliyyat modellərinə maraq və diqqət həm də şirkətin gündəlik fəaliyyətini başa düşmək və onun təkmilləşdirilməsi variantlarını təklif etmək istəyi ilə əlaqələndirilir.

SOCAR-ın Müşahidə Şurası haqda

Caspian Barrel xatırladır ki, SOCAR-ın Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 №-li Fərmanı ilə yaradılıb.

SOCAR-ın Müşahidə Şurasının sədrdən əlavə 6 üzvü var:

Anar Axundov – Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müşaviri;

Azər Bayramov – Azərbaycan Respublikası Maliyyə nazirinin müavini;

Emin Hüseynov – Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

Elnur Soltanov  – Azərbaycan Respublikası Energetika nazirinin müavini;

İsrafil Məmmədov – Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru;

Ruslan Əlixanov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 1258 №-li Fərmanına əsasən, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:

1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;

2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;

3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;

4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;

5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;

6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;

7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;

8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək.

Tags: SOCARSOCAR Müşahidə ŞurasıYeni əməliyyat modeli

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.