Şənbə, Dekabr 6, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru təyin edildi

Bu gün uzun illər "Ümid-Babək" əməliyyat şirkətinə rəhbərlik edən Əli Qurbanov SOCAR-ın hasilat strukturunun baş direktoru vəzifəsinə təyin edilib

28/03/2024
“Ümid-Babək”in rəhbəri “Azneft” İB-nin baş direktoru təyin edildi
1.1k
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün “Umid Babək Əmliyyat Şirkəti”nə (UBOC) uzun illər rəhbərlik etmiş Qurbanov Əli Qurban oğlu SOCAR-ın “Azneft” İstehsalat Birliyinə baş direktor təyin edilib.

2019-cu ilin dekabrından “Azneft” İB-nə rəhbərlik edən Şahmar Hüseynov tutduğu vəzifədən azad edilib. Caspian Barrel-in əldə etdiyi məlumata görə, Şahmar Hüseynov SOCAR prezidenti Rövşən Nəcəfin müşaviri təyin edilib. 

Əli Qurbanov 1967-ci ildə Siyəzən rayonunda neftçi ailəsində doğulub. İndiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “neft mühəndisi” ixtisasına yiyələnib. Əmək fəaliyyətinə 1991-ci ildə Azneft İB-nin “28 May” adına Neft Qaz Çıxarma İdarəsində 4-cü dərəcəli neft-qaz çıxarma operatoru kimi başlayıb və 1998-ci ilə qədər həmin idarədə Özül rəisi vəzifəsində  çalışıb.

Əli Qurbanov 1998-ci ildən fəaliyyətini “bp-Azerbaijan” şirkətində müxtəlif vəzifələrdə davam etdirib. Həmçinin bir müddət bp şirkətinin Alyaskada (ABŞ) apardığı əməliyyat işlərində qazma, hasilat və mədənlərdə əməliyyat risklərinin azaldılması işlərində çalışıb. 

2011-ci ildən başlayaraq SOCAR-ın baş ofisində neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidentin neft-qaz hasilatı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.

2012-ci ildən SOCAR rəhbərliyi onu “Ümid” qaz-kondensat yatağının istismarı məqsədi ilə yaradılan “SOCAR-Ümid” MMC-yə rəhbər təyin edir. 2017-ci ildə aparılan islahatlar nəticəsində “Umid Babək Əmliyyat Şirkəti” yaradılır və Əli Qurbanov bun günə qədər ona rəhbərlik edib.

Onun rəhbərliyi altında “Ümid” yatağında hasilatın artımı yönümündə bir sıra addımlar atılıb, şirkətin maliyyə təsərrüfat fəaliyyətinin effektivliyi yüksəldilib, maliyyə göstəriciləri yaxşılaşdırılıb. Ən böyük uğuru kimi isə hasilat göstəricilərinin artımında əldə edilən nailiyyətlərdir. 

2012-ci ilin sentyabrından indiyə qədər “Ümid” qaz-kondensat yatağından 9 milyard kubmetr təbii qaz və  1,4 milyon ton kondensat hasil edilib.  “Ümid” yatağı üzrə qaz hasilatı ötən il 2 milyard kubmetr səviyyəsinə qədər yüksəlib. Yaxın bir neçə ildə isə qaz hasilatının 3 milyard kubmetrə qədər artırılması planlaşdırılır.

 

Tags: Şahmar HüseynovSOCARƏli QurbanovАзнефть

Eyni kateqoriyadan Digər materiallar

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
SOCAR launches first fast charging station for electric trucks in Switzerland
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
2022-ci ildə SOCAR-ın gəlirləri 54%, xalis mənfəəti 4,5 dəfə artıb
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.