Cümə, İyun 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“KazMunayQaz” və SOCAR neft nəqli ilə bağlı yeni saziş imzalayacaq

Yeni sazişə əsasən, Qazaxıstan neftinin Azərbaycan üzərindən aylıq daşıma həcmləri 120 min tondan 180 min tonadək artırılacaq

11/03/2024
“KazMunayQaz” və SOCAR neft nəqli ilə bağlı yeni saziş imzalayacaq
101
BAXIŞ
Share on FacebookShare on Twitter

“KazMunayQaz” SC (KMQ, Qazaxıstanın milli neft-qaz şirkəti) və SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqlinin artırılmasına dair saziş imzalayacaqlar.

"KazMunayQaz" və SOCAR Qazaxıstan neftinin Azərbaycan ərazisindən nəqli ilə bağlı saziş imzalayacaq - Maqzum Mirzəqaliyev (Özəl müsahibə)

Bu barədə Trend-ə özəl müsahibəsində “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri Maqzum Mirzəqaliyev deyib.

“Qeyd etmək lazımdır ki, biz SOCAR ilə çox sıx əməkdaşlıq edirik. Azərbaycanın SOCAR şirkəti bizim çoxillik strateji tərəfdaşımızdır. Sevindirici haldır ki, ötən ilin martından biz Qazaxıstan neftini Azərbaycan ərazisindən tranzit etməyə başladıq. Ayda təxminən 120 min tona yaxın nəql edirik. İndi prezidentimiz Qasım-Jomart Tokayevin bazar ertəsi, martın 11-də baş tutacaq Azərbaycana dövlət səfəri çərçivəsində həmkarım cənab Rövşən Nəcəfov ilə Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin bir yarım dəfə artırılmasına dair saziş imzalamağı planlaşdırırıq. Əgər biz hazırda Azərbaycan ərazisindən ayda 120 min ton nəql ediriksə, o zaman müqavilənin imzalanması ilə həcm daha 60 min ton artırılacaq – 180 min tona qədər”, – deyə Maqzum Mirzəqaliyev bildirib.

KMQ rəhbəri Qazaxıstan neftinin Bakı-Supsa neft kəməri ilə mümkün nəqlinə də toxunub.

“Cənab Rövşən Nəcəfovla görüşdə razılaşdıq ki, bir ay ərzində SOCAR şirkəti bizə Bakı-Supsa marşrutu üzrə, o cümlədən tarif siyasəti ilə bağlı təkliflər verəcək”, – deyə o bildirib.

Maqzum Mirzəqaliyev qeyd edib ki, “KazMunayQaz” SOCAR-la münasibətlərin yalnız nəqliyyat məsələləri ilə məhdudlaşmamasını və mümkün qədər bütün əməkdaşlıq spektrini və ya palitrasını əhatə etməsini istəyir:

“Beləliklə, biz razılaşdıq ki, biz indi neft və hasilat sahəsində layihələrin mümkün inkişafını öyrənirik. Bundan əlavə, biz SOCAR şirkətinə Qazaxıstanda geoloji kəşfiyyatla bağlı layihələrə baxmağa təklif etdik. Cənab Rövşən Nəcəfova məlumat verdim ki, möhtərəm Prezidentimizin tapşırığı ilə 2023-cü ildə qanunvericiliklə yerin təkindən istifadəyə dair Təkmilləşdirilmiş Model Müqavilə (TMM) qəbul edilib. Müqavilə sayəsində geoloji kəşfiyyata, eləcə də mürəkkəb yataqlarda hasilatla məşğul olan investorlar üçün ən yaxşı şərait yaradılacaq. Yəni biz birgə layihələrin potensialını müzakirə etməyə və öyrənməyə davam edirik. Bu baxımdan, istisna etməzdim ki, biz gələcəkdə birgə “yaşıl” layihələri müzakirə edə bilərik”.

Eyni zamanda, Maqzum Mirzəqaliev Qazaxıstanın Tengiz yatağında hasilatın genişləndirilməsi layihəsinin tam işə salınması üçün gözlənilən vaxtın adını çəkib.

“Biz “Tengiz” yatağında hasilatın genişləndirilməsi layihəsinin 2025-ci ildə işə salınacağını gözləyirik”, – deyə o bildirib.

KMQ rəhbəri onu da qeyd edib ki, Bakıya səfəri zamanı Qazaxıstan neftinin tranzitində iştirak edən BP Səngəçal və Azərtrans terminallarının işi ilə tanış olub:

“Tengiz neftinin bir partiyasını Bakı-Tiflis-Ceyhan neft kəmərinə çatdırmaq üçün Bakıya çatdıran “Kazmortransflot” MMC-yə məxsus “Astana” tankerində oldum və tankerin heyəti – gənc qazaxıstanlılarla görüşdüm. Ekipaj üzvləri qeyd ediblər ki, texnoloji proseslərin təşkilində əməyin və ekoloji təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilir ki, bu da neftin fasiləsiz daşınmasını təmin edir”.

TREND

 

Tags: KazMunayQazneft nəqliQazaxıstan neftisazişSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.