Çərşənbə, Sentyabr 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Konqo SOCAR ilə əməkdaşlığını inkişaf etdirmək istəyini açıqlayıb

03/04/2024
Konqo SOCAR ilə əməkdaşlığını inkişaf etdirmək istəyini açıqlayıb
82
BAXIŞ
Share on FacebookShare on Twitter

Konqo Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək istəyir.

Bu barədə Bakıda səfərdə olan Konqo Respublikasının xarici işlər naziri Jan-Klod Qakosso Trend-ə özəl müsahibəsində deyib.

Konqo Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR ilə möhkəm tərəfdaşlığı inkişaf etdirmək istəyir - XİN rəhbəri (ÖZƏL)

“Konqo böyük olmasa da, Afrikanın köhnə neft istehsalçılarından biridir. Ölkənin dəniz neft yataqlarında “TotalEnegies”, “Eni”, “Chevron” və “Halliburton” kimi iri şirkətlər fəaliyyət göstərir. Biz Azərbaycanın dövlət neft şirkəti ilə Konqo Milli Neft Şirkəti (Société Nationale des Pétroles de Congo – SNPC) arasında əlaqələri genişləndirməyə çalışırıq. İndiki mərhələdə mən Azərbaycanla əməkdaşlığı qiymətləndirməkdən çəkinirəm, çünki biz tərəfdaşlığın yaradılmasının ilkin mərhələsindəyik”, deyə nazir bildirib.

Qakossonun sözlərinə görə, Konqonun niyyəti bu əməkdaşlığa müvafiq milli neft şirkətləri SNPC və SOCAR arasında güclü tərəfdaşlıq vasitəsilə başlamaqdır.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə məhsuldar görüş zamanı işgüzar fikir mübadiləsi apardıq. Siyasətçilər olaraq – biz razılaşdıq ki, bu cür səylər güclü diplomatik münasibətlərlə dəstəklənməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın prezidenti Rövşən Nəcəf və Konqo prezidentinin strateji məsələlər və beynəlxalq əməkdaşlıq üzrə şəxsi nümayəndəsi Fransua Joli Afrika dövlətinin neft və neft məhsullarının ticarət imkanlarını müzakirə ediblər.

Martın 5-də Bakıda keçirilən görüşdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji layihələri, SOCAR-ın müxtəlif ölkələrdə fəaliyyəti, eləcə də digər şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilən layihələr barədə məlumat təqdim olunub.

Tərəflər neft-qaz sahəsində müxtəlif istiqamətlər, o cümlədən neft və neft məhsullarının ticarəti üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. Həmçinin insan kapitalının inkişafı və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.

 

Tags: Jan-Klod QakossoSNPCSOCARəməkdaşlıqКонго

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.