Şənbə, İyul 11, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb

28/04/2023
SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb
7
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Turkey Enerji” şirkəti 2008-ci ildən bəri “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin inkişafına ümumilikdə $1,6 milyard sərmayə yatırıb. “İnterfaks-Azərbaycan” agentliyi “SOCAR Turkiye Enerji” şirkətinin məlumatına istinadən xəbər verir ki, bunu “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in (“SOCAR Turkiye Enerji” şirkətinin bölməsi) prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov deyib.

“Biz 2008-ci ildən bəri “Petkim”in bir çox inkişaf sahələrinə, xüsusilə rəqəmsallaşma və innovasiya sahəsinə böyük məbləğdə sərmayə ($1,6 milyard) yatırmışıq. STAR neft emalı zavodu ilə inteqrasiya nəticəsində “Petkim” kompleksinin səmərəliliyi artıb”, – deyə o bildirib.

A.Məmmədov qeyd edib ki, 2022-ci ildə “Petkim” 6,5 milyard TL xalis mənfəət əldə edib ki, bu da onun fəaliyyət göstərdiyi 58 il ərzində rekorddur.

“2022-ci ildə “Petkim”in satışlarının ümumi həcmi 2021-ci illə müqayisədə 70% artaraq 49 milyard TL təşkil edib, pul vəsaitlərimiz 13 milyard TL-yə qədər artıb. Biz 78 ölkəyə $899 milyon dəyərində neft-kimya məhsulları ixrac etmişik. Bu uğur “Petkim”in güclü maliyyə mövqeyi, etibarlı və səmərəli planlama metodları, eləcə də insan resursları ilə şərtlənib”, – deyə baş direktor bildirib.

Onun sözlərinə görə, 15 istehsal və 6 yardımçı müəssisəni özündə birləşdirən “Petkim” kompleksinin orta illik ümumi istehsal gücü təxminən 60 növdə 3,6 milyon ton neft-kimya məhsulları təşkil edir.

“SOCAR Turkey Enerji” “Petkim Petrokimya Holding”in nəzarət səhm paketinin sahibidir.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında dövriyyədədir.

interfax.az

Tags: PetkimSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.