Bazar, Fevral 8, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bakıda CQD və yaşıl enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib

12/09/2022
Bakıda CQD və yaşıl enerji üzrə yeni əməkdaşlıq prioritetləri müzakirə edilib
8
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən Caspian Barrel-ə verilən məlumata görə, görüşdə AYİB ilə uzunmüddətli və geniş əməkdaşlıqda mühüm rol oynayan enerji sektorunda həyata keçirilən və planlaşdırılan layihələr, həmçinin yeni tərəfdaşlıq imkanları dəyərləndirilib.

Energetika naziri Pərviz Şahbazov AYİB ilə əməkdaşlığın inkişafını qlobal enerji gündəliyinin prioritetləri çərçivəsində nəzərdən keçirərək Bankın Cənub Qaz Dəhlizinin genişləndirilməsi prosesində iştirakının vacibliyini bildirib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının layihənin genişləndirilməsi üçün əsas yaratdığını vurğulayan nazir deyib ki, 10-dan çox ölkə Azərbaycanla təbii qaz tədarükündə tərəfdaşlıqda maraqlıdır. Zəngin təbii qaz resurslarının hasil edilərək daha böyük həcmlərdə Avropa ölkələrinə nəqli üçün CQD-yə maliyyə dəstəyi zəruridir: “Cənub Qaz Dəhlizinin maliyyələşdirilməsi enerji keçidinə kömək edəcək. Bu, daha çox təbii qazın tədarükü ilə enerji böhranının nəticəsi olan kömürə qayıdışın qarşısını alacaq. Eyni zamanda hidrogenin nəqli nümunəsində CQD-nin resurs mənbələri şaxələnəcək”.

Görüşdə Bankın Qaradağ Günəş Elektrik Stansiyası və Xızı-Abşeron Külək Elektrik Stansiyasının inkişafına dəstəyi yüksək qiymətləndirilib. Bərpa olunan enerji hərraclarının keçirilməsinə, kiçikmiqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin tətbiqinə və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı layihələrin gedişatı nəzərdən keçirilib. Həmçinin elektroenergetika sektorunda aşağı karbonlu həll yolları, Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlıq (E5P) proqramı üzrə əməkdaşlıq çərçivəsində atılacaq addımlar müzakirə edilib. Bildirilib ki, Azərbaycanda bərpa olunan enerji sahəsində daha iri istehsal güclərinin yaradılması və Xəzər dənizində ilkin mərhələdə 6 min meqavatlıq layihələrin reallaşdırılması ilə bağlı planlar şəbəkənin təkmilləşdirilməsini aktuallaşdırır və bu, bərpa olunan enerji sektorunun gələcək inkişafı üçün əsas şərtlərdəndir.

AYİB-in prezidenti sadalanan istiqamətlər üzrə əməkdaşlıq üçün investisiya imkanlarının dəyərləndiriləcəyini və şəbəkənin gücləndirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Qeyd edək ki, Nazirlik ilə AYİB elektroenergetika sektorunun inkişafına texniki dəstəyə dair Anlaşma Memorandumu imzalamağı planlaşdırır. Sənəd bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu elektroenergetika sektorunun inkişafı, metan emissiyalarının azaldılması və hidrogen texnologiyaları daxil olmaqla yeni əməkdaşlıq gündəliyini əhatə edir.

Tags: AYİBCQDyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq
Azərbaycan

Avropa bankı “Azərenerji”nin layihəsinə $30 milyon kredit ayıracaq

27/02/2024
Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları
Azərbaycan

Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları

01/06/2023
Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib
Azərbaycan

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

30/05/2023
Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib
Maraqlı Xəbərlər

Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib

07/02/2023
Bakıda beynəlxalq enerji tədbiri öz işinə başlayıb
Azərbaycan

Bakıda beynəlxalq enerji tədbiri öz işinə başlayıb

05/02/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.