Cümə, İyun 5, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları

01/06/2023
Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan “yaşıl enerji”mərhələsinə regional və Avropa miqyasında enerji təhlükəsizliyindəki strateji mövqeyini möhkəmləndirəcək təşəbbüslərlə daxil olur. 

Bu haqda Energetika naziri Pərviz Şahbazov 28-ci “Bakı Enerji Forumu”nda çıxışında bildurib. 

Onun sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” layihəsində iştirak, həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və tədarükü ilə bağlı layihələrimiz bunun bariz göstəricilərdir.

Əlavə qaz tədarükü üçün infrastrukturların ötürücülük gücünün artırılmasının, bu məqsədlə tərəfdaş ölkələrinəlaqələndirilmiş fəaliyyətinin, qəti və aydın mövqeyininzəruriliyi vurğulanıb. “Bizim mövqeyimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dəqiq şəkildə ifadə edilib. Bu isə ondan ibarətdir ki, biz layihələri təkcə kommersiya deyil, həm də strateji nöqteyi-nəzərdən planlaşdırırıq. Xəzərin bütün növ enerji resurslarının işlənilməsi və dünya bazarlarına çıxarılması hər zaman paralel həyata keçirilib. Azərbaycan məhz özü hər zaman enerji marşrutları layihələrinin əsas lokomotivi olub və enerji siyasətimizin bu dəyişməz xətti bu gün də aktualdır”, deyə nazir əlavə edib.

Abşeron, Qarabağ, Ümid (Mərhələ II), Babək, Azəri-Çıraq-Günəşli Dərin Qaz və “yaşıl enerji” layihələri əlavə qazı təmin edəcək mühüm mənbələr kimi qeyd olunub. 2026-cı ilin sonuna istismara verilməsi planlaşdırılan 1800 MVt gücündə külək və günəş elektrik stansiyaları hesabına 1 milyard kubmetrdən çox qaza qənaət ediləcəyi bildirilib.

 2030-cu ildə daha 5 QVt yaşıl istehsal güclərinin istifadəyə veriləcəyi və bu həcmlərin ilkin mərhələdə 4 QVt-nın Qara dəniz vasitəsilə Avropaya, 1 QVt-nın isə Naxçıvan üzərindən Türkiyə və Avropa istiqamətində ixracının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Nazir deyib ki, Azərbaycanın “yaşıl enerji” ölkəsinə transformasiyası artıq başlanıb. Bərpa olunan enerjinin quruda 135 QVt, dənizdə isə 157 QVt texniki potensialı əsasında ölkəmiz bu gün “yaşıl enerji”nin istehsalı və ixracı ilə bağlı irimiqyaslı layihələr icra edir: 

“Hazırda “Masdar”, “ACWA Power”, bp və “Fortescue Future Industries” şirkəti ilə 25 QVt-dan çox “yaşıl enerji” layihələri üzrə əməkdaşlıq edirik. Bakı Enerji Həftəsi çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əlavə 3 QVt-dək bərpa olunan enerji layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Azərbaycan “yaşıl enerji” ölkəsi kimi inkişafı ilə bağlı strateji hədəflərini reallaşdırmaq əzmindədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi və qətiyyəti bu növbəti böyük enerji missiyasının həyata keçirilməsində bizim strateji bələdçimizdir.”

Nazir həmçinin “Enerji keçidi dövründə yeni enerji nizamı” mövzusunda müzakirələrdə də iştirak edib.

Caspian Barrel

Tags: Pərviz Şahbazovyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib
Azərbaycan

Nazir: Ötən il enerji resurslarımızın demək olar ki, 75%-i Avropaya tədarük edilib

08/07/2024
Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqini müzakirə edib

27/06/2024
Pərviz Şahbazov Gürcüstana səfər edib
Azərbaycan

Pərviz Şahbazov Gürcüstana səfər edib

15/05/2024
Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb
Azərbaycan

Pərviz Şahbazov BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb

17/04/2024
Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb
Yaşıl enerji

Energetika naziri Əbu-Dabidə Azərbaycanın “yaşıl hidrogen” kursundan danışıb

17/04/2024
Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək
Yaşıl enerji

Azərbaycan Əbu Dabidə Yaşıl Hidrogen Sammitində iştirak edəcək

15/04/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.