Bazar ertəsi, Fevral 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Ümid-1 Stasionar Dəniz Özülündə” gündəlik qaz hasilatı artırılıcaq

20/05/2022
“Ümid-1 Stasionar Dəniz Özülündə” gündəlik qaz hasilatı artırılıcaq
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli yeri olan “Ümid-Babək” layihəsi çərçivəsində “Ümid-1 Stasionar Dəniz Özülündə (SDÖ) hasilatın sürətləndirilməsi” layihəsi reallaşdırıldıqdan sonra gündəlik təhlükəsiz qaz hasilatının 8,1 milyon kubmetrə, kondensat hasilatının isə 1 200 tona (9 000 barel) qədər artırılması nəzərdə tutulub.

“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, SOCAR tərəfindən icra edilən layihə şirkətin tarixində beynəlxalq təcrübəyə əsaslanan, innovativ texnologiyaları və müasir avadanlıqları tətbiq etməklə həyata keçirilən ilk layihələrdəndir. Layihənin əsas hədəfi “Ümid-1” özülündən nəql sisteminin məhdudiyyətlərini aradan qaldırmaq və yeni quyuları qazmaqla hasilatı artırmaqdır.

İlkin hesablamalara görə Xəzər dənizində yerləşən “Ümid” qaz yatağının ümumi ehtiyatı 200 milyard kubmetr qaz və 40 milyon kubmetr kondensat həcmindədir.

Yataqdan cari nəql xətlərində məhdudiyyətləri nəzərə alaraq, gündəlik 3 milyon kubmetr qaz və 470 ton (3 600 barel) kondensat hasil olunur və SOCAR-ın texnoloji sistemi ilə Daşgil terminalına nəql etdirilir

2019-cu ildən etibarən həyata keçirilən və “Umid Babek Operating Company” əməliyyat şirkətinin (UBOC) ölkəmizdəki filialı tərəfindən reallaşdırılan bu layihə üzrə dənizdən quruya doğru “Ümid” yatağından Səngəçal Baş Qurğularına (SBQ) qədər təqribən 100 km məsafəni əhatə edən böyük ərazidə çox mühüm mərhələnin bir hissəsi uğurla yekunlaşıb.

“Ümid-1 SDÖ-dən hasilatın sürətləndirilməsi” layihəsi çərçivəsində hər biri ayrılıqda böyük əhəmiyyət kəsb edən önəmli işlər görülür. Belə ki, Ümid-1 SDÖ-də aparılan yenidənqurma, uzunluğu 54 km olan 20 düyməlik (500 mm-lik) sualtı nəql xəttinin və onun quruda olan təqribən 3,7 km hissəsinin çəkilməsi, Daşgil-2 terminalından qaz nəql xəttinin tikintisi, Səngəçal Baş Qurğularında (SBQ) SOCAR-ın qaz nəql sisteminə birləşmə məntəqəsi üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir. Hazırda “Ümid-1” SDÖ-də və quruda aparılan işlər son tamamlanma mərhələsindədir.

“Ümid-1” SDÖ-dən qazın sahilə çatdırılması üçün nəql xəttinin sualtı hissəsinin tikintisinə bu ilin aprel ayında “İsrafil Hüseynov” borudüzən gəmisi vasitəsilə başlanılıb. Layihənin ən çətin hədəflərindən biri olan quruya yaxın yerləşən 2,1 km-lik boru xəttinin çəkilməsi artıq tamamlanıb.

Bu hədəfə çatmaq üçün UBOC-un peşəkar layihə idarəetmə heyəti podratçı BOSS PİC şirkətinin əməkdaşları ilə birgə bütün çətinliklərin öhdəsindən uğurla gəlib. Qısa müddət ərzində uzunluğu təqribən 2,2 km, eni 15 m olan qoruyucu torpaq bənd (damba) inşa olunub.

Layihə işlərində müvafiq dövlət qurumları, yerli və beynəlxalq subpodratçılar (SOCAR-ın “Neftqaztikinti” tresti, “SOCAR Dalğıc”, “Wood Group”, “Jan De Nul”, “Saipem”, “Oceaneering”) iştirak ediblər. Artıq işlərin növbəti mərhələsinə start verilib və “Ümid-1” SDÖ-dən sürətləndirilmiş hasilatın ölkənin ümumi qaz təchizatı şəbəkəsinə qoşulmasının uğurla başa çatdırılması gözlənilir.

Tags: SOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.