Bazar, Mart 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib

28/02/2022
“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib
5
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb. Hesabata görə, “Petkim” 2021-ci ili həm dollar, həm də TL ifadəsində mənfəət rekordu ilə başa vurub və 5,5 milyard TL xalis mənfəət əldə edib.

“Petkim” 2021-ci ildə ümumi satış həcmini 2020-ci ilin göstəriciləri ilə müqayisədə 137% artıraraq 28,7 milyard TL-yə yüksəldib.

“Petkim”in məhsul portfelinin bu uğurda böyük rol oynadığını bildirən “SOCAR Türkiyə”Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarına, xüsusilə qablaşdırma materiallarına tələbatın artdığını bildirib: “”STAR” NEZ-in fasiləsiz istehsalı sayəsində “Petkim”in istehsal potensialından istifadə əmsalı 2020-ci ildə 87,9% olduğu halda 2021-ci ildə 92,6%-ə yüksəldi.  Pandemiya zamanı qoyulan məhdudiyyətlərə baxmayaraq, xüsusilə ixrac edən yerli istehsalçıların istehsal əməliyyatlarının ləngiməməsi üçün tədarükü davam etdirdik”.

“Petkim” əvvəlki dövr ilə müqayisədə məhsul satışları ilə yanaşı kommersiya satışlarını da artırıb. Ümumi satış həcmində 33%-dən artıq payı olan kommersiya satışları 65 milyon dollar mənfəət gətirib. Anar Məmmədov 2020-ci ildə pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliklərə hazır olmaq məqsədilə likvidliyi gücləndirdiklərini, 2021-ci ildə likvidliyi optimallaşdıraraq maliyyə xərclərini azaltdıqlarını, bununla da qısamüddətli borcları əvvəlki ilə nisbətən 460 milyon dollar azaltdıqlarını bildirib: “Ötən il maliyyə risklərinin effektiv idarə olunması ilə xalis faiz xərclərimizi də azaltmağa nail olduq. Bu uğura töhfə verən digər bir amil isə dəyər yaratma və optimallaşdırma təşəbbüsləri proqramını gücləndirərərək davam etdirməyimizdir.”

Anar Məmmədov digər yüksək nailiyyətlərdən də danışıb: ”İllik mənfəətimizə görə hesablanan 1,1 milyard TL korporativ vergi ilə Türkiyə iqtisadiyyatı üçün də mühüm bir maliyyə dəyəri yaratdıq. Ötən ilin sevindirici hadisələrindən biri də strateji investisiya təşviq sənədinin müddətinin və həcminin artırılmasıdır. Eləcə də ESG reytinqində müvafiq kateqoriya üzrə dünyanın ilk 10 şirkəti siyahısına düşməyə müvəffəq olduq”. – deyə A.Məmmədov bildirib.     

ƏSAS GÖSTƏRİCİLƏR 1 yanvar –
31 dekabr 2021
1 yanvar –
31 dekabr 2020
Artım Fərq
Xalis gəlir (milyon TL) 28.716 12.134 137% 16.582
Ümumi mənfəət (milyon TL) 6.417 1.854 246% 4.563
Ümumi mənfəət marjası (%) 22,3% 15,3% 7,1  
Xalis mənfəət (milyon TL) 5.517 1.071 415% 4.446
Xalis mənfəət marjası (%) 19,2% 8,8% 10,4  
EBİTDA (milyon TL) 6.242 1.916 226% 4.326
EBİTDA marjası (%) 21,7% 15,8% 5,9  

SOCAR Mətbuat xidməti

Tags: Petkim

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb
Azərbaycan

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb

28/04/2023
“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu
Maraqlı Xəbərlər

“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu

29/03/2022
SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib
Maraqlı Xəbərlər

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib

02/12/2021
“Petkim” qlobal  ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu
Azərbaycan

“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

11/10/2021
“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub
Maraqlı Xəbərlər

“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub

17/08/2021
STAR NEZ İSO 500 siyahısında  Türkiyənin 6-cı böyük sənaye müəssisəsi oldu
Azərbaycan

STAR NEZ İSO 500 siyahısında Türkiyənin 6-cı böyük sənaye müəssisəsi oldu

27/05/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.