Bazar, May 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub

17/08/2021
“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Türkiyənin ən böyük sənaye holdinqi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi “Petkim” 2021-ci ilin ikinci rübünün nəticələri ilə tarixində ən yüksək maliyyə göstəricilərinə nail olub.1 milyard 325 milyon TL həcmində xalis gəlir əldə edən “Petkim” ümumi dövriyyəsini 7 milyard 397 milyon TL-yə yüksəldərək hər iki göstərici üzrə rekord nəticəyə imza atıb.

“Report” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.

“Beləliklə, şirkətin ilk 6 aylık xalis gəliri 2 milyard 216 milyon TL-yə çatdı. “Petkim”in qurulduğu gündən bu vaxtadək əldə etdiyi ən yaxşı göstərici kimi tarixə düşən maliyyə nəticələrində neft-kimya sektorunda qlobal miqyasda müşahidə olunan müsbət şəraitin təsiri hissolunacaq dərəcədədir. Ötən rübdə uğurlu nəticələrə səbəb olan fəaliyyət göstəricilərinin artması ilə yanaşı, xərclərdəki qlobal artımın məhsulun qiymətlərindəki qlobal yüksəlişdən az olması “Petkim”in gəlirini artıran ən mühüm amillərdən biri olub”, – məlumatda bildirilir.

“Qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atdıq”

“Petkim”in 2021-ci ilin ikinci rüb maliyyə göstəricilərini dəyərləndirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya Bölməsinin rəhbəri və “Petkim”in Baş direktoru Anar Məmmədov qeyd edib ki, neft-kimya bazarında Asiya və Amerika ilə əlaqəli tədarük zəncirindəki qırılmalarla yanaşı ehtiyacdan artıq alışın yaratdığı tələb “Petkim”in də istehsalçısı olduğu məhsulun qiymətlərində qlobal bir yüksəlişə yol açıb. Onun sözlərinə görə, peyvəndləmənin genişlənməsi ilə əlaqədar pandemiyanın bitəcəyi barədə gözləntilər də ümumi tələbə təkanverici təsir göstərmiş və müşahidə olunan bütün bu dönüşlər “Petkim”in rekord səviyyəyə çatan gəlirində öz əksini tapıb.

Anar Məmmədov deyib: “İstehsal xərclərinin ötən ilə nisbətən 110 %, naftanın qiymətinin isə 60 % artdığı bir dövrdə STAR NEZ ilə fasiləsiz inteqrasiyalı istehsalımız “Petkim”də gəliri yüksəldən digər bir mühüm hərəkətverici qüvvə oldu. İstehsal gücündən istifadəni də ötən ilin müvafiq rübünə nisbətən 2,5 % artıran “Petkim”, məlum olduğu kimi, eyni zamanda məhsul satışı ilə yanaşı ticari satışlar da həyata keçirir. Bu satışlardakı artım da rekord gəlirə mühüm töhfə verib. Hesabat dövründə reallaşan 7 milyard 397 milyon TL-lik ümumi dövriyyənin 2 milyard 649 milyon TL-si ticari satışların payına düşüb. Əldə etdiyimiz bu yüksək maliyyə göstəricisinə müasir qlobal dönüşləri düzgün qiymətləndirərək sürətli və düzgün addımlar atmağımızın da böyük rolu olub. Əldə etdiyimiz gəliri düzgün dəyərləndirərək qısamüddətli borclarımızı da təxminən 90 milyon ABŞ dolları azaltdıq.

Bu isə xalis faiz məsrəflərimizi azaltdığı üçün xalis gəlirimizə də müsbət təsir göstərdi. Bütün bunlarla yanaşı, aktivlərimizi 23 %, kapitalımızı 29 % artıraraq maliyyə mövqeyimizi gücləndirdik. Düşünürəm ki, pandemiya səbəbindən dalğalanmaların hələ də davam etdiyi bir şəraitdə nümayiş etdirdiyimiz bu uğurlar qlobal rəqabətdəki mövqeyimizi daha da möhkəmləndirəcək. Qazanılmış nailiyyətlərdə əməyi olan bütün əməkdaşlarımıza və tərəfdaşlarımıza təşəkkür edirəm”.

Onun sözlərinə görə, istehsal gücündən 95 % istifadə etmək və ümumi dövriyyə 7 milyard 397 milyon TL-yə çatdırmaqla şirkətin tarixində “rekord rəqəmlərə nail olduq və güclü bir maliyyə göstəricisi ortaya qoyduq”.

ƏSAS GÖSTƏRİCİLƏRQ2 2021Q1 2021DəyişiklikFərq
Q2 2021 vs Q1 2021Q2 2021 vs Q1 2021
Xalis satışlar (milyon TL)7.3975.03447%2.363
Ümumi gəlir (milyon TL)1.8841.21056%674
Ümumi gəlir marjı (%)25,5%24,0%1,4
Xalis gəlir (milyon TL)1.32589249%433
Xalis gəlir marjı (%)17,9%17,7%0,2
EBITDA (milyon TL)1.8901.22554%665
EBITDA marjı (%)25,6%24,3%1,2
Tags: Petkim

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb
Azərbaycan

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb

28/04/2023
“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu
Maraqlı Xəbərlər

“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu

29/03/2022
“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib
Maraqlı Xəbərlər

“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib

28/02/2022
SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib
Maraqlı Xəbərlər

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib

02/12/2021
“Petkim” qlobal  ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu
Azərbaycan

“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

11/10/2021
STAR NEZ İSO 500 siyahısında  Türkiyənin 6-cı böyük sənaye müəssisəsi oldu
Azərbaycan

STAR NEZ İSO 500 siyahısında Türkiyənin 6-cı böyük sənaye müəssisəsi oldu

27/05/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.