Bazar ertəsi, İyul 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib

02/12/2021
SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib
11
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR “Petkim” neft-kimya kompleksi və STAR neft emalı zavodunun birləşməsi hesabına $35-40 milyona qənaət edib. Bunu “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in prezidenti Anar Məmmədov deyib.

““Petkim” və STAR-ın inzibati hissə üzrə inteqrasiyası artıq başa çatıb. Bu iki müəssisənin inteqrasiyası hesabına $35-40 milyona qənaət etmək mümkün olub”, – deyə A.Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin qeyd edib ki, hazırda “Petkim” və STAR-ın informasiya-kommunikasiya sistemlərinin (o cümlədən rəqəmsallaşma üzrə) inteqrasiyası davam etdirilir. “Müəssisələrin rəqəmsal sistemlərinin inteqrasiyasını 2022-ci ildə başa çatdırmağı planlaşdırırıq”, – deyə A.Məmmədov əlavə edib.

Daha əvvəl A.Məmmədov bildirmişdi ki, “Petkim” və STAR-ın inteqrasiyası ciddi vergi və digər üstünlükləri təmin edə bilər. “Bu, sadə proses deyil, çünki “Petkim” publik şirkətdir, STAR NEZ isə yox, buna görə də ciddi hüquqi və vergi prosedurları tələb olunacaq. Ehtimallarımıza görə, bu, iki-üç il çəkə bilər”, – deyə o, Türkiyənin “Bloomberg HT” telekanalına müsahibəsində qeyd edib.

19 oktyabr 2018-ci il tarixində “STAR” NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır. Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.

Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.

Əsası 1965-ci il aprelin 3-də qoyulmuş “Petkim Petrokimya Holding” Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir.

“Petkim”in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

interfax

Tags: Anar MəmmədovPetkimSOCAR STAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb
Azərbaycan

SOCAR “Petkim” neft-kimya kompleksinə ümumilikdə $1,6 milyard sərmayə yatırıb

28/04/2023
“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu
Maraqlı Xəbərlər

“Petkim” 2021-ci ildə “İxracatın ulduzu” oldu

29/03/2022
“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib
Maraqlı Xəbərlər

“Petkim” 57 illik tarixində rekord xalis mənfəət əldə edib

28/02/2022
SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır
Maraqlı Xəbərlər

SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır

02/12/2021
“Petkim” qlobal  ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu
Azərbaycan

“Petkim” qlobal ESG dəyərləndirilməsində 206 şirkət arasında 8-ci oldu

11/10/2021
“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub
Maraqlı Xəbərlər

“Petkim” 1,3 mlrd TL xalis gəlirlə ən yüksək rüblük göstəriciyə nail olub

17/08/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.