Bazar ertəsi, Mart 16, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Türkiyə Azərbaycan qazını spot müqavilə əsasında da alacaq

27/01/2022
Türkiyə Azərbaycan qazını  spot müqavilə əsasında da alacaq
18
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan qazının fevralda Türkiyəyə gündəlik tədarük həcmi spot müqaviləsi əsasında 4 milyon kubmetr təşkil edəcək

Fevral ayı ərzində “SOCAR Enerji” şirkəti (Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə şirkəti – Caspian Barrel) Türkiyənin şimal-şərqindəki Ərdahan vilayətinin Türkgözü kəndi ərazisindən gündə 4 milyon kubmetr qaz həcmini spot müqavilə əsasında Türkiyənin qazpaylayıcı şəbəkələrinin təminatına yönəldəcək.

“Anadolu” agentliyi xəbər verir ki, yanvarın 20-dən İranın “texniki problemlər” bəhanəsi ilə Türkiyəyə qaz nəqlini dayandırması, ölkənin şərqindəki Anadolu və Trakiya bölgələrinin əksər hissəsində kəskin soyuqlar müşahidə edilməsi fonunda əhalinin qaz istehlakı rekord həddə çatıb.

Bu vəziyyətdən çıxmaq üçün Türkiyə hökuməti sənaye sektorunda və istilik elektrik stansiyalarında istifadə edilən qazın bir hissəsinin əhalinin ehtiyaclarına yönəldilməsi qərarına gəlib.

Hazırda Türkiyə “Türk axını” boru kəməri ilə gündə 44 milyon kubmetr, “Mavi axın” vasitəsilə isə 47 milyon kubmetr qaz idxal edir. Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə gündə daha 17,3 milyon kubmetr qaz tədarük edilir.

Yəni hazırda Türkiyə bazarına boru kəmərləri vasitəsi ilə gündəlik olaraq 108,3 milyon kubmetr qaz daxil olur.

Bundan əlavə Türkiyə gəmi-tankerlərlə maye qaz da idxal edir. Onun günlük idxal həcmi hazırda 118 mln kubmetr təşkil edir.

“Egeqaz Əliağa” mayeləşdirilmiş təbii qaz (LNG) terminalı sutkada 38 milyon kubmetr, “Mərmərə Ereğli” LNG terminalından 35 milyon kubmetr, FSRU (LNG-nin saxlanması və yenidən qazlaşdırılması üçün üzən qurğu) “Ərtoğrul” qaz qəbul edir. Qazi” 20 milyon kubmetr, FSRU “Etki Liman” ilə sutkada 25 milyon kubmetr qaz.

“Tuz Gölü” yeraltı qaz anbarı hazırda ölkənin qazpaylayıcı şəbəkəsinə günlük 30 milyon kubmetr, Silivri yeraltı qaz anbarı isə 15 milyon kubmetr qaz ötürür.

Beləliklə, ümumilikdə Türkiyə gündə 270 milyon kubmetrdən çox təbii qaz istehlak edir. Yanvarın 19-u tarixində qaz istehlak həcmlərinə görə Türkiyədə rekord qeydə alınıb – 287,6 mln. kubmetr.

“SOCAR Enerji” Türkiyə Energetika Nazirliyindən spot qaz idxal etmək hüququnu çərşənbə günü, yanvarın 26-da əldə edib. Bunun əsasında fevral ayında Türkiyəyə boru kəmərləri ilə əlavə olaraq sutkada 4 milyon kubmetr qaz nəqlini həyata keçirilməsi təmin ediləcək.

2022-ci ilin yanvarın 15-25 tarixlərində Türkiyənin qaz bazarının balansı:

GünTürkiyənin idxalı (mln. kubmetr)Türkiyənin istehlakı (mln. kubmetr)Qaz ehtiyatı (mln. kubmetr)
15.01.240,2238,7432,6
16.01.227,9238,7421,8
17.01.261,6267,4416,0
18.01.266,5276,4406,1
19.01.259,2287,6377,7
20.01.267,3278,9366,1
21.01.269,2243,5391,9
22.01.241,3240,7392,5
23.01.231,8243,5380,7
24.01.260,1250,6390,3
25.01. 273,0253,3410,0

Türkiyə hesab edir ki, yanvarın 31-də İrandan qaz idxalı bərpa edildiyi zaman (Təbriz-Ərzurum qaz kəmərinin gündəlik nəqletmə imkanı 28 mln. kubmetrdir) hətta soyuq hava şəraiti saxlanılarsa belə, istehlakçıların artan tələbatını ödəmək mümkün olacaq. Azərbaycandan alınan əlavə qaz həcmləri isə soyuq qış mövsümündə qaza olan tələbatın stabilləşdirilməsinə xidmət edəcək.

Anadolu Ajansı

Tags: qaz ixracıTürkiyə

Eyni kateqoriyadan Digər materiallar

Yunanıstan-Bolqarıstan qaz kəmərinin genişləndirilməsi prosesi başlayır
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…
Azərbaycan

Azərbaycanın Şimali Makedoniyanın qaz təchizatında iştirakı…

14/12/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq
Azərbaycan

Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq

30/07/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.