Çərşənbə, Oktyabr 7, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib

31/01/2022
SOCAR-da qəza vəziyyətinin idarə olunması ilə bağlı təlim-məşq keçirilib
10
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində  üçüncü səviyyəli təlim-məşq toplanışı keçirilmişdir.

Mərkəzin yaradılmasından sonra keçirilən ilk bu tipli təlim-məşq toplanışında  “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə yüksək təzyiqli qaz xəttində ehtimali qəza vəziyyəti simulyasiya olunub. “Qəza” ilə bağlı məlumatlandırıldıqdan dərhal sonra SOCAR rəhbərliyi  Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzində toplanmış,  15 dəqiqə ərzində situasiya şirkət rəhbərliyinin tam nəzarəti altına alınmışdır. . Təlimdə simulyasiya olunmuş qəzanın fəsadlarının aradan qaldırılması şirkət rəhbərliyinin nəzarəti və rəhbərliyi altında məşq olunmuşdur.

SOCAR-ın neft-qazçıxarma əməliyyatlarının böyük hissəsinin dənizdə həyata keçirildiyi, dəniz əraitində isə insanların təxliyəsinin təşkil olunmasının və qəzanın lokallaşdırılmasının mürəkkəbliyi nəzərə alınaraq təlimin məhz dəniz platforması əməliyyatçıları ilə koordinasiyalı şəkildə  keçirilməsi məqsədəmüvafiq hesab edilmişdir. Ssenarisi bir neçə istiqamətdə mürəkkəbləşmiş formatda icra olunan  təlim-məşqlərin məqsədi  baş verə biləcək real hadisələr zamanı daha hazırlıqlı olmaq, çatışmazlıqları müəyyən etmək və idarəetmə prosesini təkmilləşdirməkdir. Analoji təlimlərin devizi bundan ibarətdir ki, qəza baş verəndə, əsas prioritet insan həyatının qorunmasına, sonra isə ətraf mühit, reputasiya və aktivlərin itirilməməsi ilə bağlı risklərin idarə olunmasına yönəldilməlidir. Bu kimi tədbirlərin keçirilməsi SƏTƏMM sisteminin təkmilləşdirilməsi istiqamətində atılmış növbəti addımdır.

Praktik təlimlərin keçirilməsi bu sahədə  rol və məsuliyyətlərin düzgün müəyyən olunmasına, koordinator və komissiya üzvlərinə vahid komanda şəklində sistemli işləmək, baş verə biləcək real təhlükələr zamanı çevik yanaşma və doğru qərarlar çıxarmaq kimi vərdişlərin aşılanmasına xidmət edir. Təlimin hava, dəniz və qurudan müdaxiləni özündə ehtiva etməsi də dəniz əməliyyatlarının spesifikasına uyğun seçilmişdir.

SOCAR-ın kəşfiyyat, hasilat, nəql və emal sahələri də daxil olmaqla, bütün biznes seqmentləri üzrə yüksək təhlükə potensiallı quru və dəniz obyektlərində bu cür təlim-məşqlərin illik qrafik-plan üzrə keçirilməsi planlaşdırılır. Təlim-məşq toplanışlarının mütəmadi keçirilməsi SOCAR üzrə SƏTƏMM sahəsində aparılan islahatların vacib tərkib hissəsidir.

Bu sahədə dayanıqlığı təmin etmək, beynəlxalq standartlara uyğunlaşmaq, transmilli şirkətlərin təcrübəsini öyrənmək və tətbiq etmək məqsədilə yeni layihələr işlənilir, sənəd və prosedurlar hazırlanır və müasir sənayedəki tələblərlə uzlaşdırılır. Şirkətin strukturuna daxil olan qurumlarda baş verə biləcək fövqəladə hadisələrin idarə edilməsi, fövqəladə hallara strateji cavab tədbirlərinin təşkili məqsədilə SOCAR-da “Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarə Olunması Planı” işlənib hazırlanmışdır. Eyni zamanda SƏTƏMM sisteminin rəqəmsallaşdırlması üzrə işlər davam etdirilir.

Xüsusi qeyd olunmalıdır ki, SOCAR-ın biznes vahidlərində əməliyyatlar zamanı təhlükəsizliyin artırılması, işçilərin sağlamlığının təmin edilməsi, ətraf mühitə mənfi təsirlərin minimallaşdırılması, SƏTƏMM  mədəniyyətinin yüksəldilməsi və işçilərin sosial rifahının inkişaf etdirilməsinin təmin olunması  məqsədilə SOCAR-da “Hədəf Sıfır” proqramı işlənib hazırlanmışdır. “Hədəf Sıfır” işin bütün səviyyələrində təhlükəsizlik, sağlamlıq, ətraf mühit və rifahın dörd ölçüsünü birləşdirən preventiv yanaşma nümayiş etdirən çevik yanaşma konseptidir və istənilən kontekstdə mənfi təsirlərin qarşısının alınması üçün xüsusi təhlükəsizlik, sağlamlıq və ya rifah prioritetlərinə uyğunlaşdırıla bilir.

Qeyd edək ki, Böhran Vəziyyətlərinin və Fövqəladə Halların İdarəolunması Mərkəzinin yaradılması dünya neft-qaz sənayesindəki aparıcı şirkətlərin təcrübəsinə əsasən həyata keçirilmiş, Mərkəz qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Norveçin “Equinor” şirkəti ilə əməkdaşlıq sazişi çərçivəsində burada vaxtaşırı olaraq SOCAR-ın korporativ SƏTƏMM sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması və inkişaf etdirilməsi məqsədilə müasir tələblərə cavab verən təlim-məşqlər keçirilir.

SOCAR Mətbuat xidməti

Tags: SOCARTəlim

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.