Şənbə, Dekabr 6, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır

02/12/2021
SOCAR STAR zavodunun gücünü 11,5 milyon tona qədər artırmağı planlaşdırır
1
BAXIŞ
Share on FacebookShare on Twitter

“SOCAR Turkiye Enerji” şirkəti STAR neft emalı zavodunun gücünü ildə 11 milyon tondan 11,5 milyon tona qədər artırmağı planlaşdırır. Bu barədə “SOCAR Turkey Refining and Petrochemical Business Unit”in prezidenti və “Petkim” şirkətinin baş direktoru Anar Məmmədov məlumat verib.

Anar Məmmədov

“Bu il STAR NEZ-in gücü ildə 11 milyon tona çatıb. Biz bu göstəricini ildə 11,5 milyon tona qədər artırmağı planlaşdırırıq. Bu, böyük xərc tələb etməyəcək. Biz Türkiyənin tənzimləyici orqanlarına ünvanladığımız müraciətdə NEZ-in gücünün maksimum artırılma səviyyəsinin 13 milyon tona qədər olduğunu göstərmişik, lakin bu o demək deyil ki, zavodun gücünü bu göstəriciyə çatdırmaq niyyətindəyik. Gələcəkdə bu, məqsədəuyğun hesab olunarsa, mümkündür. İldə 11,5 milyon ton neftə qədər artım isə tamamilə realdır və 2024-cü ildən sonra baş verəcək”, – deyə A.Məmmədov bu gün İzmirdə azərbaycanlı jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında “İnterfaks-Azərbaycan” agentliyinin sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, 2024-cü ildə bəzi avadanlıqların dəyişdirilməsi üçün zavodun təmirə dayandırılması planlaşdırılır.

“Bu işlər həyata keçirilməklə 2024-cü ildən sonra zavodun gücü ilkin gücün (ildə 10 milyon ton) 15%-i səviyyəsində artacaq”, – deyə baş direktor bildirib.

A.Məmmədov bu məqsədlər üçün nəzərdə tutulan investisiyaların həcmini açıqlamayıb.

STAR NEZ 2021-ci ildə 11 milyon ton neft emal etməyi planlaşdırır.

19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. Zavod “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı üçün nəzərdə tutulub.

Hazırda zavodda 20 növdən çox neft emal edilir. Zavodun dizaynına görə emal üçün ən uyğunu ağır neft növləridir.

Zavodda illik 1,6 milyon ton nafta, 1,6 milyon ton reaktiv yanacaq, 4,8 milyon ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsalı nəzərdə tutulur.

STAR neft emalı zavodu Türkiyənin əsas neft məhsullarına olan tələbatının 20-25%-ni təmin edir. Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla Aralıq dənizi bazarına çıxmasına imkan verib.

STAR NEZ-in tikintisi layihəsinə ümumilikdə $6,3 milyard sərmayə qoyulub. SOCAR NEZ-in fəaliyyətindən illik $500 milyon gəlir əldə etməyi nəzərdə tutur.

interfax

Tags: Anar MəmmədovSocar Turkiye Enerji

Eyni kateqoriyadan Digər materiallar

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib
Maraqlı Xəbərlər

SOCAR STAR və “Petkim”in inteqrasiyası çərçivəsində $40 milyona yaxın vəsaitə qənaət edib

02/12/2021
Anar Məmmədov: “Türkiyədə neft-kimya sənayesində böyük imkanlar görürük”
Azərbaycan

Anar Məmmədov: “Türkiyədə neft-kimya sənayesində böyük imkanlar görürük”

24/03/2021
Anar Məmmədov: “Petkim” və STAR-ın birləşməsi 2-3 il içində reallaşa bilər”
Azərbaycan

Anar Məmmədov: “Petkim” və STAR-ın birləşməsi 2-3 il içində reallaşa bilər”

08/02/2021
“Petkim” yenidən Türkiyənin Egey bölgəsinin ixracat lideri oldu
Azərbaycan

“Petkim” yenidən Türkiyənin Egey bölgəsinin ixracat lideri oldu

25/01/2021
SOCAR-ın 2020-ci ildə dövlət büdcəsinin gəlirlərindəki payı məlum olub
Azərbaycan

SOCAR İzmirdə elektrik stansiyası tikəcək

22/01/2020
SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır
Azərbaycan

SOCAR Türkiyənin qaz bazarında payını 7%-dək artırmağı planlaşdırır

30/05/2019
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR: Gələn il “Abşeron” yatağı ilə bağlı investisiya qərarı veriləcək

28/11/2025
İlham Şaban: Azərbaycan Türkiyəyə qaz ixracını artıra bilərmi?
Azərbaycan

Azərbaycan Türkiyəyə qaz nəqlini 4 % artırıb

28/11/2025
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
Azərbaycan

“Ümid” yatağından hasil edilən qaz və kondensatın həcmi açıqlanıb

24/11/2025
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
Azərbaycan

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçiriləcək

24/11/2025
Azərbaycan

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

16/11/2025
Azərbaycan

Azərbaycanda külək enerjisinin istehsalı 61 %-dən çox artıb

16/11/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.