Çərşənbə axşamı, Fevral 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR-ın prezidenti “Total Energies” şirkətinin nümayəndə heyəti ilə görüşmüşdür – FOTO

08/12/2021
SOCAR-ın prezidenti “Total Energies” şirkətinin nümayəndə heyəti ilə görüşmüşdür – FOTO
13
BAXIŞ
Share on FacebookShare on Twitter

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Total Energies” şirkətinin Kəşfiyyat və hasilat üzrə prezidenti Arno Broyyakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.

SOCAR rəhbərliyi ilə mütəmadi işgüzar görüşlərin keçirilməsini “Total Energies” şirkəti tərəfindən “Abşeron” layihəsinə, Azərbaycan və SOCAR-la əməkdaşlığa verilən böyük önəmin göstəricisi kimi səciyyələndirən Arno Broyyak bildirmişdir ki, “Abşeron” yatağı son dövrdə “Total Energies” şirkətinin işləməyə cəlb olunduğu ən böyük yataqlardan biridir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev “Abşeron” yatağının Azərbaycan üçün də son illərdə kəşf edilmiş ən böyük qaz yatağı sayıla biləcəyini söyləmiş, Xəzər dənizində ən dərin quyunun məhz bu layihə çərçivəsində qazıldığını vurğulamışdır. SOCAR prezidenti Heydər Əliyev adına yeni nəsil qazma qurğusunun əsas etibarilə “Abşeron” yatağındakı qazma işlərinə cəlb olunduğunu qeyd etmiş, bu müasir qurğunun Xəzər dənizində fəaliyyət göstərən digər şirkətlər üçün də böyük əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır. Görüşdə qarşıdakı dövrdə layihənin daha səmərəli idarə olunmasının müxtəlif aspektləri, yeni texnoloji həllər, eləcə də bərpa olunan enerji sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Qeyd edək ki, “Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50%) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb. “Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2019-cu ildə SOCAR və “Total” “Abşeron” yatağında 7411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini uğurla başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və işlər Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.

socar

Tags: SOCARTotal

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Maraqlı Xəbərlər

Avropa Birliyi Rusiya qazı ilə vidalaşmağa qərar verdi

19/12/2025
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.