Bu ilin yanvar-noyabr aylarında ölkəmizdə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 milyard 984,4 milyon manat olub.
Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz artım deməkdir.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,3 dəfə, sürtkü yağlarının istehsalı 60,9 faiz, neft koksunun istehsalı 30,9 faiz, dizel yanacağının istehsalı 19 faiz, avtomobil benzininin istehsalı 6,8 faiz, yanacaq mazutunun istehsalı isə 1,5 faiz artıb.
Caspian Barrel