Cümə, Noyabr 7, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

ТАР-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb

15/05/2024
ТАР-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb
9
BAXIŞ
Share on FacebookShare on Twitter

Trans-Adriatik boru kəmərinin (ТАР) qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb.

Trend xəbər verir ki, bu barədə “TAP AG” şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.

“TAP artıq təqribən 3,5 ildir ki, Azərbaycandan təbii qazı Yunanıstan, Bolqarıstan və İtaliyaya təhlükəsiz və etibarlı şəkildə nəql edir. Boru kəməri kommersiya fəaliyyətinin əvvəlindən Avropanın enerji təchizatı ilə bağlı mühüm problemlərlə üzləşdiyi bir vaxtda yeni mənbədən və alternativ marşrutdan qaz təmin edərək, qitənin ayrılmaz enerji infrastrukturu kimi özünü təsdiqlədi”, – o deyib.

V.Veysəlovun sözlərinə görə, Avropanın son bir neçə il ərzində enerji təhlükəsizliyinə artan tələbatını qarşılamaq üçün TAP konsorsiumu imkanlarını və bazarlara nəql olunan həcmi fəal şəkildə artırıb.

“TAP-ın ilkin gücü ildə təqribən 10 milyard kubmetr olmaqla yükgöndərənlər arasında bölüşdürülüb və 2013-cü ildə imzalanmış uzunmüddətli sazişlərə əsasən 25 il müddətinə bron edilib. Həmçinin, imkanların bron edilməsi üzrə “PRISMA” platforması üzərindən və Avropanın qaz nəqli sistemi operatorları şəbəkəsinin (ENTSOG) hərraclar təqviminə əsasən qısamüddətli bronlaşdırma təklif edirik. 2020-ci ilin sonunda kommersiya fəaliyyəti başladıqdan sonra TAP-ın qısamüddətli imkanlarına maraq əhəmiyyətli dərəcədə artıb”, – deyə o vurğulayıb.

V.Veysəlov TAP konsorsiumunun təklif olunan imkanların və bazara nəql olunan həcmlərin maksimallaşdırılması üçün boru kəmərinin istismar şərtlərindən istifadə edən fəal operator olaraq mövqe sərgilədiyini qeyd edib.

“Biz, həmçinin, aparıcı beynəlxalq praktikaya uyğun olaraq, bütün bazar maraqlarını əhatə etməklə, eləcə də uzunmüddətli öhdəliklər və qısamüddətli normativ öhdəliklər çərçivəsində razılaşdırılmış imkanlarla yanaşı, qısamüddətli imkanlardan istifadəni artırmaqla kommersiya məhsulları işləyib hazırlamışıq.

Boru kəmərindən şəbəkə kimi istifadə olunur və qaz təkcə qərbdə Yunanıstan, Bolqarıstan və İtaliya istiqamətində deyil, həm də İtaliyadan Yunanıstan və Bolqarıstana, həmçinin Qərbi Balkanlar regionundakı bazarlara tədarük olunur”, – o deyib.

V.Veysəlov qeyd edib ki, TAP istismara verildikdən etibarən 35 milyard kubmetrdən çox qaz nəql edib ki, bunun 2,14 milyard kubmetri Bolqarıstanın, 3,37 milyard kubmetri Yunanıstanın, 29,22 milyard kubmetri isə İtaliyanın payına düşür.

“Təkcə 2023-cü ildə TAP vasitəsilə 11,50 milyard kubmetr nəql olunub. TAP vasitəsilə nəql olunan qaz İtaliyaya idxal olunan qazın 16 faizini, Yunanıstana idxal olunan qazın isə 18 faizini təşkil edir. Bu, mühüm nailiyyətdir, lakin boru kəmərinin imkanlarını tədricən ikiqat artırsaq, gələcəkdə Avropanın enerji təchizatının təhlükəsizliyinin təmin olunmasına və dekarbonizasiya hədəflərinin əldə olunmasına daha çox imkan yarada bilərik.

TAP-ın genişləndirilmə imkanları hər tək ildə keçirilən bazar sınaqları vasitəsilə bazara təklif olunur. 2024-cü ilin yanvar ayında tamamlanan 2021-ci ilin bazar sınağı 31 dekabr 2025-ci ilə qədərki buraxılış qabiliyyətinə ildə əlavə olaraq 1,2 milyard kubmetr əlavə edən hüquqi öhdəliklərin qəbul olunması ilə nəticələnib”, – deyə o bildirib.

 

V.Veysəlovun sözlərinə görə, birinci genişləndirmə dərəcəsi üçün lazım olan işlər səlis şəkildə irəliləyir.

“Bu ilk genişləndirmə səviyyəsi bazar tərəfindən maraq olacağı təqdirdə növbəti bazar sınaqlarında iştirak yolu ilə mərhələli şəkildə əldə oluna bilən gələcək genişləndirməyə yol aça bilər. 2023-cü ildəki bazar sınağı hələ də davam edir, öhdəlik yaradan sövdələşmələr mərhələsi isə 2025-ci ilin ortalarında gözlənilir. Bu bazar sınaqlarının nəticələri bazar tələbatından asılıdır”, – deyə o əlavə edib.

Daha sonra V.Veysəlov təbii qazın şübhəsiz, Avropanın enerji balansının mühüm hissəsi olaraq qalacağını və enerji keçidindən açar rolunu oynayacağını qeyd edib.

“Qaz elektrik stansiyaları qeyri-müntəzəm bərpa olunan enerji mənbələrinə əlavə olaraq, tələb üzrə elektrik enerjisi təklif edir. Təbii qaz innovativ texnologiyaların tətbiqi ilə birlikdə 2050-ci ilədək Aİ-nin karbon neytrallığı hədəfinə nail olmağa imkan yarada bilər. Uzunmüddətli perspektivdə mövcud qaz infrastrukturu karbonsuzlaşdırılmış və ya bərpa olunan qazların nəqli üçün yenidən təchiz oluna bilər.

Avropa aşağı karbonlu gələcəyə keçid etdiyindən, əvvəlki kimi diversifikasiyaya, evlərini isidərək və rəqabət qabiliyyətini saxlayaraq, iqtisadiyyatının inkişafı üçün təhlükəsiz, etibarlı və əlçatan enerji təchizatına ehtiyacı var. Biz TAP olaraq, xüsusən ənənəvi qazıntı yanacağından həddən artıq asılı region olan Cənub-Şərqi Avropa və Qərbi Balkanlarda dayanıqlı keçidi təmin etməyə çalışırıq”, – o deyib.

Onun sözlərinə görə, TAP regional səviyyədə Aİ-nin Cənub-Şərqi Avropaya qaz tədarükləri üzrə hədəfini dəstəkləyir və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğu tərəfindən Qərbi Balkanların dekarbonizasiya üzrə flaqman layihəsi olaraq qəbul edilib, çünki regionda daha təmiz və əlçatan enerjiyə çıxış imkanına imkan yaradır və bir qaz tədarükçüsündən asılılığı azaldır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

Tags: ТАР

Eyni kateqoriyadan Digər materiallar

No Content Available
WTI Crude Price
Brent Crude Price

Vakansiya

International Company is looking for a Crane Operator

06/11/2025
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Azərbaycan

BƏƏ şirkəti “Cənub Qaz Dəhlizi”ndə pay əldə edib

03/11/2025
Azərbaycan

İlham Əliyev: Yaxın bir neçə ay ərzində geoloji kəşfiyyat işləri ilə bağlı bizə çox yaxşı xəbərlər gələcək

03/11/2025
Vakansiya

Socar Cape is looking for a Head of Operations

06/11/2025
Azərbaycan

bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib

20/10/2025
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azərbaycan

“Özbəkneftqaz” və SOCAR sentyabrda Özbəkistandakı layihə üçün operatorun qeydiyyat prosesini tamamlayacaqlar

09/09/2025
Azərbaycan

SOCAR ilə Qətərin “UCC Holdinq”i arasında çoxşahəli əməkdaşlıq əlaqələri qurulur

09/09/2025
Azərbaycan

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

09/09/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.