Şənbə, Aprel 18, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Çexiya ilə energetika sahəsində əməkdaşlığa dair saziş imzalayıb

30/09/2021
Azərbaycan Çexiya ilə energetika sahəsində əməkdaşlığa dair saziş imzalayıb
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycanın Energetika Nazirliyi ilə Çexiyanın Sənaye və Ticarət Nazirliyi arasında “Energetika sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb

“Report” xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb. 

Məlumata görə, sənədin məqsədi iki ölkə arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsidir. 

İmzalanma mərasimindən əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Çexiyanın xarici işlər naziri Yakub Kulhanek arasında görüş keçirilib. Çexiya ilə enerji əməkdaşlığının neft-qaz və bərpa olunan enerji istiqamətləri üzrə inkişafı üçün imkanlardan bəhs edən nazir P.Şahbazov xüsusilə, Xəzər dənizini Avropa ilə birləşdirən “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsinin aşağı karbonlu təbii qaz üzrə əməkdaşlığa yol açacağına toxunub. Nazir eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən və hərraclara çıxarılması planlaşdırılan ümumi gücü 700 MVt olan layihələr barədə məlumat verib, çex şirkətlərini bu prosesdə iştiraka dəvət edib.

Y.Kulhanek də ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün enerji əməkdaşlığının mühüm rol oynadığını qeyd edib, ölkəsinin biznes dairələrinin mövcud imkanları qiymətləndirməsinin vacibliyini bildirib.

Müzakirələrdən sonra sazişi P.Şahbazov və Çexiyanın ölkəmizdəki səfiri Milan Ekert imzalayıblar. Saziş energetika sahəsində neft-qaz, neft-kimya, bərpa olunan enerji, o cümlədən bioenerji istiqamətləri üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsini və müvafiq təsərrüfat subyektləri arasında hər iki ölkənin milli qanunvericiliklərinə uyğun olaraq əlaqələrin qurulmasını nəzərdə tutur. Həmçinin üçüncü ölkələrlə energetika sahəsində birgə layihələrin həyata keçirilməsinə dəstək də ifadə olunur. Bundan başqa, sənəd yaşayış sektorunda və iri enerji tutumlu müəssisələrdə enerji səmərəliliyi və enerjiyə qənaət üzrə əməkdaşlığın inkişafını, qarşılıqlı məlumat və təcrübə mübadiləsi, təlimlər, birgə seminar, konfrans və forumların keçirilməsi kimi məsələləri əhatə edir. Sazişə əsasən, energetika sahəsində əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun yaradılması da planlaşdırılır.

Tags: AzərbaycanÇexiyaEnergetika nazirliyi

Eyni kateqoriyadan Digər materiallar

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb
Azərbaycan

Budapeştdə Azərbaycan Yaşıl Enerji Dəhlizi üzrə Birgə Məktub imzalayıb

10/03/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.