Bazar, Avqust 9, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
12
BAXIŞ
Share on FacebookShare on Twitter

Dekabrın 22-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb.  Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirməklə yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.

Gündəliyə uyğun olaraq işçi qrupunun ötən iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə məlumat verilib. Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyətinə dair hesabat dinlənilib. “Kommunal xidmətlər (elektrik)” indikatoruna dair sorğunun cavablandırılması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, eləcə də gündəliyə uyğun görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb, göstəricilərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr təqdim edilib.

İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların və özəl şirkətlərin nümayəndələri iştirak edib.

Energetika nazirliyi Mətbuat xidməti

Tags: Energetika nazirliyiiclas

Eyni kateqoriyadan Digər materiallar

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və ixracı üzrə təkliflər hazırlanıb
Azərbaycan

Azərbaycanda “yaşıl hidrogen”in istehsalı və ixracı üzrə təkliflər hazırlanıb

04/11/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.