Bazar ertəsi, Avqust 10, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

Energetika naziri Pərviz şahbazov Vaşinqtonda Dünya Bankının vitse-prezidenti ilə görüşüb

20/02/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
63
BAXIŞ
Share on FacebookShare on Twitter

Amerika Birləşmiş Ştatlarında (ABŞ) səfərdə olan energetika naziri Pərviz Şahbazovun fevralın 19-da Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Antonella Bassani ilə görüşü olub.

Caspian Barrel AR Energetika nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Dünya Bankı arasında enerji sahəsində çoxşaxəli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Ölkəmizdə enerji keçidinin bərpa olunan enerji və enerji səmərəliliyi komponentlərinə Dünya Bankının dəstəyinin artırılması, əməkdaşlıq gündəliyində olan prioritet layihələrin icrasının sürətləndirilməsi, həmçinin COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Azərbaycanda daxili istehlak və ixrac məqsədilə bərpa olunan enerjinin inkişaf etdirilməsi, şəbəkənin gücləndirilməsi və modernləşdirilməsi, həmçinin regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsi ilə bağlı genişmiqyaslı fəaliyyətdə Dünya Bankının iştirakını yüksək qiymətləndirib. Bildirilib ki, Dünya Bankının AYİB və digər potensial tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyalarının enerji sisteminə inteqrasiyası məqsədilə şəbəkənin gücləndirilməsi prosesinin intensivləşdirilməsi və bu məqsədlə maliyyə dəstəyinin tezləşdirilməsi ölkəmizin bərpa olunan enerji ilə bağlı hədəflərinin reallaşdırılması üçün mühüm əhəmiyyət daşıyır.

“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin, növbəti illərdə dənizdə külək enerjisi potensialının artırılması üzrə əməkdaşlığın isə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısı olmasını dəstəklədiyi vurğulanıb. Bu xüsusda, 4 ölkəni əhatə edən dəhlizin texniki-iqtisadi əsaslandırlmasının  hazırlanması, Birgə Müəssisənin yaradılması, həmçinin Mərkəzi Asiyadan bu dəhliz vasitəsilə “yaşıl enerji”nin ötürülməsi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdıran vitse-prezident Antonella Bassani bildirib ki, Dünya Bankı COP-a sədrlik edən ölkə olaraq Azərbaycana  “yaşıl enerji keçidi” üzrə əldə etdiyi irəliləyişləri nümayiş etdirməkdə, birgə layihələrin tezliklə reallaşmasında  və iddialı islahat gündəliyinin icrasında kömək etməyə hazırdır.

Görüşdə, həmçinin 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, damüstü günəş panelləri, enerji saxlanc sistemləri, “yaşıl hidrogen”, enerji səmərəliliyi və emissiyaların azaldılması üzrə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb.

 

Tags: Dünya BankıEnergetika nazirliyiPərviz Şahbazovyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”
Azərbaycan

Nazir: “Xızı-Abşeron” KES yaxın vaxtlarda istismara hazır olacaq”

03/11/2025
Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb
Azərbaycan

Asiya İnkişaf Bankı Azərbaycanda istilik sektorunun dekarbonizasiyasının təşviqinə $1,1 mln ayırıb

09/09/2025
Azerbaijan, China sign six docs on construction of new renewable energy capacity
Azərbaycan

Azərbaycan Çin şirkətləri ilə “yaşıl enerji” üzrə 6 sənəd imzalayıb

27/04/2025
AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir
Yaşıl enerji

AYİB və Bank Respublika Azərbaycanda yaşıl biznesə dəstək verir

21/10/2024
Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.