Bazar, Fevral 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR və Dövlət Sərhəd Xidməti: “Neft Daşları”nda qanunsuz balıq ovu artıb

25/06/2021
SOCAR və Dövlət Sərhəd Xidməti: “Neft Daşları”nda qanunsuz balıq ovu artıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Son günlər müxtəlif üzmə vasitələrindən istifadə olunmaqla “Neft Daşları”nda qanunsuz balıq ovlanması hallarının artması müşahidə edilməkdədir.

“Report” xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) və Dövlət Sərhəd Xidmətinin yaydığı birgə məlumatda bildirilir.

Məlumatda həmçinin deyilir ki, hazırda ov mövsümü olmadığına baxmayaraq, qanunsuz balıq ovu ilə məşğul olan şəxslərin “Neft Daşları”nın ətrafına, hətta estakadaların altına tor ataraq mühafizə olunan mədən ərazilərində istehsalat proseslərinə maneçilik törətmələri müəyyən olunub.

Qanunsuz balıq ovu üçün istifadə edilən torlar istehsalat prosesi zamanı müxtəlif avadanlıqların, ehtiyat hissələrinin, həmçinin “Neft Daşları”nda işləyən əməkdaşları daşıyan gəmilərin, qayıqların hərəkətinə mane olmaqla yanaşı, su nəqliyyat vasitələrinin estakadaya çırpılmasına, nəticədə ağır qəza hallarının baş verməsinə səbəb ola bilər.

SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ərazinin xüsusi rejimli obyektə aid olduğu, kənar şəxslərin mühafizə zonasına girişinin qadağan edildiyi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara qanunsuz balıq ovu ilə məşğul şəxslər məhəl qoymayıb, qanunsuz əməllərini davam etdiriblər.

İyunun 23-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin mərkəzi istiqamətində dövlət sərhədinin və neft-qaz hasilatı infrastrukturunun mühafizəsini həyata keçirən sərhəd gözətçi gəmisi “Qarşılıqlı fəaliyyət Planı”na uyğun olaraq “Neft Daşları”nda dəniz estakadalarının ətrafında dənizə atılmış uzunluğu təxminən 1 km balıqçı toru toplayıb və ərazidən kənarlaşdırıb.

Tags: balıq ovuNeft DaşlarıSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.