Şənbə, Avqust 15, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Xalik Məmmədov: “SOCAR enerji şirkətləri sırasında özünə layiqli yer tutub”

07/05/2021
Xalik Məmmədov: “SOCAR enerji şirkətləri sırasında özünə layiqli yer tutub”
7
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan resursları departamentinin 10 illik fəaliyyəti ilə bağlı 32 QHT nümayəndəsi ilə onlayn görüş keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, iştirakçıları salamlayan SOCAR-ın Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov şirkətin insan resurslarının idarə edilməsi sahəsində 10 il ərzində aparılmış islahatlardan bəhs edib.

O bildirib ki, son 15 ildə Azərbaycan Prezidenti İlham Əliyevin qarşımızda qoyduğu hədəflərə uyğun olaraq, SOCAR böyük inkişaf yolu keçib, apstrim fokuslu milli neft şirkətindən tam inteqrasiya olunmuş neft və qaz şirkətinə çevrilmiş, beynəlxalq enerji şirkətləri sırasında özünə layiqli yer tutub. Biz 10 il əvvəl aparıcı neft şirkətlərinin təcrübəsinə əsaslanaraq, İnsan Resursları Departamentini yaratdıq və dünyanın aparıcı universitlərində bu sahədə yüksək səviyyəli müasir təhsil almış, tərəfdaş transmilli şirkətlərdə təcrübə keçmiş gənc milli kadrlarla komplektləşdirdik. İlkin olaraq, vakansiyaların idarə olunması, yeni işçilərin axtarılması, seçilməsi, işə qəbulu prosesləri mərkəzləşdirildi. SOCAR dövlət şirkəti və ölkənin ən böyük işəgötürənlərdən biri olduğuna görə burada insan resursları sahəsində aparılan islahatlar vətəndaş cəmiyyətinin daim diqqət mərkəzindədir. Möhtərəm Prezidentimizin müzəffər siyasi kursunu rəhbər tutaraq dövlət qurumlarının vətəndaş cəmiyyəti qarşısında hesabatlı olması prinsipi bizim sizinlə qarşılıqlı münasibətlərimizin əsasını təşkil edir və şəffaflığa xidmət edir.”

SOCAR-ın Baş Ofisinin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli strukturun 10 illik fəaliyyətinə həsr olunmnuş təqdimatla çıxış edib. O, 2011-2021-cu illər ərzində şirkətin insan resurslarının idarəolunması sahəsində əsas fəaliyyət göstəricilərindən danışmış, səriştələrin, effektivliyin, təlim və inkişafın, işə qəbulun mərkəzləşdirilməsi, adaptasiya və yerləşdirmənin idarə edilməsindən, işçilərlə əlaqələrin effektiv təşkili və işçi portalının yaradılmasından, təcrübə və təqaüd proqramlarının təşkilindən, kadr ehtiyat bazasının formalaşdırılması və proqram təminatına inteqrasiya ediməsindən, vəzifə və peşələr üzrə test bankının yaradılmasından və testləşdirmənin avtomatlaşdırılmasından ətraflı bəhs edib.

Qeyd olunub ki, struktur dəyişiklikləri zamanı, xüsusən də son dövrdə hasilat və qazma işlərinin azaldılması ilə əlaqədar olaraq, işçilərin mövcud vakansiyalar üzrə yerləşdirilməsi qiymətləndirmə əsasında aparılır. Daha səriştəli personal müvafiq struktur bölmələrində saxlanılır və inkişaf etdirilir. Boşdayanmaya məruz qalan işçilər isə SOCAR-ın müvafiq yardım proqramı çərçivəsində şirkətdən maddi təminat almağa davam edir. Onlar ixtisasartırma və ixtisasdəyişmə təlimlərinə cəlb olunur, daha sonra şirkət daxilində alternativ vakansiyalar üzrə dayanıqlı işlə təmin olunur. Bu proseslərdə obyektivliyin təmin edilməsi şirkətin əsas hədəflərindəndir.

2020-ci ildə SOCAR-ın kəşfiyyat, hasilat və qazma sahəsində çalışan ümumilikdə 9230 əməkdaş qiymətləndirməyə cəlb olunub. 2021-ci ildə struktur dəyişikliyi ilə bağlı işçilərdən 46 nəfər digər müəssislərdə yerləşdirilib, 211 nəfər proqrama qoşulub və onlardan 17 nəfər artıq işlə təmin olunub. Proqrama qoşulan digər şəxslərin dayanıqlı işlə təmin olunması və yeni iş sahələrinə inteqrasiyası üçün müvafiq təlimlər təşkil olunur.

QHT nümayəndələri İnsan Resursları Departamentinin 10 illik fəaliyyəti dövründə şəffaflığa xüsusi diqqət yetirildiyini bildirmiş, gələcəkdə əlaqələrin inkişaf etdirilməsi istiqamətində bəzi təkliflər səsləndirmiş, ictimaiyyəti maraqlandıran məsələlər ətrafında SOCAR nümayəndələri ilə fikir mübadiləsi aparıblar.

Tags: SOCARXalik Məmmədov

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.