Cümə, İyun 13, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

“Wood Mackenzie”: “Yaşıl” enerjiyə keçid neftin qiymətinin düşməsinə səbəb olacaq

26/04/2021
“Wood Mackenzie”: “Yaşıl” enerjiyə keçid neftin qiymətinin düşməsinə səbəb olacaq

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619435753373","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1619435753387"}

0
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu il “Brent” markalı neftin qiyməti, təxminən, 10%-dək arta bilər. Uzaq perspektivdə isə “Wood Mackenzie” şirkətinin analitikləri “yaşıl” enerjiyə keçiddən sonra “Brent” markalı neftin qiymətinin 10 ABŞ dollarınadək düşəcəyini proqnozlaşdırırlar.

“Report” “İzvestiya”ya istinadən məlumat verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, bu il neftə olan qlobal tələbat gündəlik 96,5 milyon barrelə çatacaq, bu isə ötən il pandemiya səbəbindən itirilmiş həcmin təxminən 60%-nin bərpa edilməsi deməkdir.

BEA-nın hesablamalarına görə, artq bu il “Brent” markalı neftin 1 barelinin qiyməti 74 ABŞ dollarına çata bilər. Qiymət artımına səbəb olan amil kimi inkişaf etmiş ölkələrin anbarlarında pandemiya dövründə təxminən 23% neft ehtiyatları qalığının toplanması göstərilir.

“Wood Mackenzie” şirkətinin mütəxəssisləri iddia edirlər ki, artıq 2023-cü ildən başlayaraq, neftə olan tələbat azalmağa başlayacaq və XXI əsrin ortalarında tələbat hazırkından 70%-dək aşağı olacaq. Onların fikrincə, dünyanın qabaqcıl iqtisadiyyatları İqlim üzrə Paris sazişinin məqsədlərinə çatmaq üçün qəti addımlar ataraq “yaşıl” enerji daşıyıcılarına keçərsə, bu baş verəcək. Analitiklərin fikrincə, əsas təhlükə nəqliyyat və sənayenin elektrik enerjisinə keçidi ilə bağlıdır. Belə ki, bu, nefti enerji balansından çıxara və bazarı praktik olaraq məhv edə bilər. “Wood Mackenzie” şirkətinin proqnozlarına görə, bu halda, “Brent” markalı neftin qiyməti artıq 2030-cu ilədək 37-42 ABŞ dollarına, 2050-ci ilədək isə ümumiyyətlə 10 ABŞ dollarınadək aşağı düşəcək.

Analitiklər isə hesab edirlər ki, bu proqnoz reallıqdan uzaqdır. Belə ki, hazırda yanacaq sərfiyyatının yalnız 65%-i nəqliyyatın payına düşür. Təyyarələrin “yaşıl” enerji daşıyıcılarına keçidi hələlik nəzərdə tutulmadığından benzinə olan tələbat hələ uzun müddət qalacaq. Ekspertlər vurğulayırlar ki, neftin 1 barelinin qiymətinin 10 ABŞ dollarına düşməsi çox böyük sarsıntıya səbəb ola bilər ki, bazar bunun baş verməsinə imkan verməz: əgər neftin hasil edilməsi imkanı mövcuddursa, onun istifadəsi üçün də yollar tapılar. Bundan başqa, bərpa olunan enerji mənbələri əsasında yaradılan elektrik enerjisinin həcmi dünya üzrə generasiyanın cəmi 27%-ni təşkil edir. Ekspertlər qeyd edirlər ki, nə sənaye, nə də nəqliyyatın sürətli şəkildə bu cür enerjiyə keçidi mümkün deyil. Onların fikrincə, karbon tərkibli yanacağın istifadə olunduğu iqtisadiyyat sahələri karbon tullantıları olmayan yanacağa keçmədikcə, neftin qiyməti artmaqda davam edəcək və 1 barelə görə qiymət hətta 80 ABŞ dollarınadək çata bilər.

Tags: proqnozyaşıl enerjiyə

Eyni kateqoriyadan Digər materiallar

Азербайджан прогнозировал параметры госбюджета по различным ценам нефти
Azərbaycan

S&P 2027-ci ilə qədər Azərbaycanda neft hasilatının stabil olacağını proqnozlaşdırır

09/12/2024
Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir
Azərbaycan

Hökumət Azərbaycanda 4 ilə neft hasilatının 3 mln tondan çox azalacağını proqnoz edir

23/01/2024
2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək
Azərbaycan

2024-cü ildə Azərbaycanda qaz hasilatı 49 milyard kubmetri ötəcək

30/01/2024
Bu il Azərbaycanda neft hasilatı 29,5 milyon ton ətrafında proqnozlaşdırılır
Azərbaycan

Bu il Azərbaycanda neft hasilatı 29,5 milyon ton ətrafında proqnozlaşdırılır

30/01/2024
Hesablama Palatası: “Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq”
Azərbaycan

Hesablama Palatası: “Neft hasilatı azalacaq, təbii qaz hasilatı artacaq”

01/11/2022
Azərbaycanda neft hasilatının azalması qazın artımı ilə müşahidə ediləcək
Azərbaycan

Azərbaycanda neft hasilatının azalması qazın artımı ilə müşahidə ediləcək

25/12/2021
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025
Azərbaycan

Almaniyanın dövlət şirkəti 10 il Azərbaycandan qaz alacaq

10/06/2025
Azərbaycan

Avtonom modullu energetika RSE şirkəti tərəfindən Bakıda ilk dəfə təqdim edilib

04/06/2025
Azərbaycan

BP “Şəfəq-Asiman” qaz yatağında yeni quyu qazmağı planlaşdırır

04/06/2025
Azərbaycan

“Azneft” bu il “Neft Daşları”nda 1,2 milyon ton neft çıxarmağı hədəfləyib

04/06/2025
Azərbaycan

“TotalEnergies”: Azərbaycanda dünyada ilk dəfə…

04/06/2025
Azərbaycan

Laçında “Aşağı Malıbəyli” və “Mirik” kiçik su elektrik stansiyaları istismara verilib

27/05/2025
Azərbaycan

Maliyyə naziri Azərbaycana benzin idxalının artmasının səbəbini açıqlayıb

27/05/2025
Azərbaycan

“La Repubblica”: Azərbaycan İtaliyadakı neft emalı zavoduna maraq göstərir

27/05/2025
Azərbaycan

SOCAR-ın idxal etdiyi Aİ-92 benzini və dizel yanacağı üçün yuxarı hədd müəyyən edilib

26/05/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.