Cümə, İyul 18, 2025
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Ərəblərlə günəş elektrik stansiyası layihəsinə dair müqavilələr imzalanıb

06/04/2021
Ərəblərlə günəş elektrik stansiyası layihəsinə dair müqavilələr imzalanıb
0
BAXIŞ
Share on FacebookShare on Twitter

Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Müqavilələri Azərbaycan tərəfdən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Jameel Al Ramahi imzalayıb.

P.Şahbazov xarici investisiya əsaslı bu layihəni qlobal çağırışlara, ölkə iqtisadiyyatının dayanıqlı və şaxələndirilmiş inkişafı, eləcə də energetika sektorunda aparılan islahatların məqsədlərinə cavab verməsi aspektində qiymətləndirib: “Növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsini Prezident İlham Əliyev sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirib. Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq. Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaqdır“.

Tədbirdə BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaberin və enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzruinin videomüraciətləri təqdim edilib. BƏƏ-nin sənaye və yüksək texnologiyalar naziri, “Masdar” şirkətinin idarə heyətinin sədri Sultan Ahmed Al Jaber deyib: “BƏƏ “Masdar” şirkəti vasitəsilə dünyanın 30-dan çox ölkəsi ilə bərpa olunan enerji sahəsində 11 QVt-lıq gücə malik layihələr üzrə əməkdaşlıq edir. Bu gün biz Azərbaycanda bərpa olunan enerji sahəsində ilk layihəmizə başlamaqdan qürur duyuruq. 230 MVt gücündə sənaye miqyaslı günəş enerjisi layihəsi ilə tərəfdaşlığımız yalnız təmiz enerji hədəfinə nail olmayacaq, həmçinin bilik, bacarıq və iş yerləri yaratmağa kömək edəcəkdir.”

Enerji və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui isə ölkəmizin bərpa olunan enerjinin inkişafı və istixana effekti yaradan qaz emissiyalarının 35% azaldılması ilə bağlı strategiyasının icrasında iştiraklarına yaradılan imkanlara görə ölkəsi və “Masdar” şirkəti adından Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü çatdırıb: “Azərbaycan ilə “Masdar” arasında bu mühüm sənədlərin imzalanmasına gətirib çıxaran rəqabət və ədalətli proseslər vasitəsilə ən yeni texnologiyaların və münasib qiymətlərin cəlb edilməsinə nail olunub. Biz gələcəkdə daha çox layihə icra etməklə Azərbaycanla olan əməkdaşlığımızın davamını səbirsizliklə gözləyirik.”

Tədbirdə, həmçinin B.Rzayev də çıxış edərək, öz enerji təhlükəsizliyini təmin etməklə bərabər elektrik enerjisinin ixracatçısına çevrilən Azərbaycanın enerji istehsalını bərpa olunan enerji mənbələri vasitəsilə şaxələndirmə kursunda külək və günəş enerjisi üzrə pilot layihələrin mühüm əhəmiyyət daşıdığını bildirib: “İmzalanan müqavilələrə əsasən şirkətin inşa edəcəyi 230 MVt gücündə elektrik stansiyasının şəbəkəyə qoşulması və stansiyada istehsal olunacaq elektrik enerjisini “Azərenerji” alacaq. Elektrik stansiyası “Cənub” yarımstansiyasına qoşulmaqla enerji sisteminə inteqrasiya olunacaq. Biz birlikdə bu müqavilələrin vaxtında və yüksək səviyyədə icrasına nail olacağıq”.

M.J.Al Ramahi isə Azərbaycanın bərpa olunan enerji sahəsində qəti addımlarla irəlilədiyini və belə layihələrlə dünyada iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verdiyini vurğulayaraq, “Masdar”ın bütün tərəflərə faydalı olacaq bu layihəyə tam dəstəyini ifadə edib: “Masdar” şirkəti olaraq Azərbaycanda xarici investisiyalara və dövlət-özəl tərəfdaşlığına əsaslanan ilk günəş sənaye layihəsinin bir hissəsi olmaqdan, daha təmiz və davamlı elektrik enerjisi istehsalına aparan yolda fəal strateji tərəfdaşınız olmaqdan qürur duyuruq. Biz birlikdə mühəndislik simvolu olan, yeni iş yerlərinin yaradılmasına və ölkənin infrastrukturunda uzunmüddətli müsbət dəyişikliklərə səbəb olacaq və bütün regionun heyran qalacağı möhtəşəm bir layihə həyata keçirəcəyik.”

Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” ölkə prezidentinin 29 may 2019-cu il tarixli sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunub, yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilib. Seçim prosesinin nəticəsinə müvafiq olaraq Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri ilə 2020-ci ilin 9 yanvar tarixində bərpa olunan enerji üzrə pilot layihələrin həyata keçirilməsi ilə bağlı İcra müqavilələri imzalanıb. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” ölkə prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir.

Tags: Energetika nazirliyilayihəmüqavilə

Eyni kateqoriyadan Digər materiallar

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib
Azərbaycan

Böyükşor gölündə 100 kVt gücündə pilot günəş enerjisi qurğusu istismara verilib

30/07/2024
Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib
Yaşıl enerji

Azərbaycan Dünya Bankı ilə yaşıl enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib

20/02/2024
Запущена вторая линия электропередачи из Туркменистана в Иран
Azərbaycan

“Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti

25/12/2023
2050-ci ilədək hidrogen dünya enerji istehlakının 10%-dən çoxunu əhatə edə bilər
Azərbaycan

Energetika nazirliyi hidrogen enerjisi sahəsində pilot layihələr həyata keçirməyi planlaşdırır

06/11/2023
BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb
Azərbaycan

BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb

05/07/2023
Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib
Azərbaycan

Pərviz Şahbazov Almaniya şirkətləri ilə enerji tərəfdaşlığını müzakirə edib

28/03/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

SOCAR-ın birgə müəssisəsi iki layihə üzrə müqavilələr imzalayıb

16/07/2025
Azərbaycan

I yarımillikdə Azərbaycanda elektrik enerjisinin istehsalı 2,2% artıb

16/07/2025
Azərbaycan

Bu ilin I yarısında Azərbaycanda yanacağın pərakəndə satışı 7,5% artıb

11/07/2025
Azərbaycan

Orxan Zeynalov: “Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”

09/07/2025
Azərbaycan

SOCAR 2024-cü il üzrə maliyyə hesabatını ictimailəşdirib

08/07/2025
Azərbaycan

Macarıstan şirkətləri Azərbaycan neftinin Ceyhandan idxalına başladılar

30/06/2025
Qazaxıstan

“Rosatom” Qazaxıstanda ilk AES-in tikintisi üzrə konsorsiumun lideri seçilib

18/06/2025
Azərbaycan

Azərbaycan Şimali Makedoniya ilə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib

18/06/2025
Azərbaycan

Azərbaycanda beş aya 21 milyard kubmetrə yaxın qaz hasil edilib

18/06/2025
Azərbaycan

Brüsseldə Aİ-Azərbaycan Enerji Dialoqunun növbəti mərhələsi keçiriləcək

10/06/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.