Çərşənbə axşamı, Aprel 14, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb

05/07/2023
BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb
6
BAXIŞ
Share on FacebookShare on Twitter

Bu gün BP yerli universitetlərin potensialının artırılması üçün daha bir layihəni başa çatdırıb

“Report”un “BP-Azerbaijan” şirkətinə istinadən verdiyi məlumata görə, layihənin məqsədi bir sıra ali təhsil müəssisələrində layihələrin idarə edilməsi sahəsində səriştələri və bacarıqları daha da gücləndirmək idi.

BP bu layihəni eyni məqsədli bir təhsil proqramının davamı olaraq həyata keçirib. Belə ki, həmin proqram çərçivəsində BP və tərəfdaşları daha əvvəl 15 yerli universitetdə layihələrin idarə edilməsi komandalarının yaradılmasına və təliminə dəstək vermişdi.

Bu sonrakı layihənin məqsədi isə tələbələrə, həmçinin müəllim heyətinə təlim keçməklə universitetlərdə layihələrin idarə edilməsi potensialını əlavə resurslarla daha da gücləndirmək olub.

14 aylıq (noyabr 2021-ci il – yanvar 2023-cü il) bu layihə çərçivəsində aşağıdakı səkkiz ali təhsil müəssisəsini təmsil edən 95 tələbə və 123 heyət üzvünə təlimlər keçilib. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Milli Aviasiya Akademiyasıdır.

BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib: “Birini tərəfdaşlarımızla birlikdə dəstəklədiyimiz, digərini isə bp-nin özünün maliyyələşdirdiyi bu iki proqram yerli universitetlərin yerli təşkilatlarla və get-gedə daha çox sayda beynəlxalq tərəfdaşlarla həyata keçirdikləri layihələrin peşəkar şəkildə idarə edilməsi üçün lazım olan səriştə və bacarıqları yaratmaq və inkişaf etdirmək üçün nəzərdə tutulub. Çox məmnunuq ki, bu iki layihəmiz sayəsində yerli universitetlərin əksəriyyəti indi artıq öz layihələrini, eləcə də ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq fəaliyyətləri çərçivəsində bağlanan qrant müqavilələrini effektiv şəkildə idarə etmək üçün yaxşı bilik, müasir metod və mexanizmlər və ən əsası beynəlxalq və milli sertifikatlı mütəxəssislərlə təmin olunub.”

Layihədə iştirak edən tələbələrə 120 saatlıq təlimlər keçilib. Sonda ən yüksək bal toplayan 64 tələbəyə layihə menecerlərinin qiymətləndirilməsində dünya lideri olan Beynəlxalq Layihə İdarəetmə Assosiasiyası (IPMA) təşkilatının Səviyyə D sertifikatları təqdim olunub. Səviyyə D IPMA qiymətləndirilməsində dörd dərəcədən biridir. Təxminən 28 tələbə isə yerli Azərbaycan Layihə İdarəetmə Assosiasiyası (AzPMA) sertifikatlarına layiq görülüb.

Bundan əlavə, layihə çərçivəsində layihələrin idarə edilməsinə dair 52 saatlıq akademik tədris kursu hazırlanıb və bütün iştirakçı universitetləri təmsil edən 19 müəllim bu kursu öz universitetlərində effektiv şəkildə tədris etmək üçün təlimlər keçib.

Layihə çərçivəsində həmçinin səkkiz universitetin hamısına layihələrin idarə edilməsi ofislərini yaratmaqda kömək məqsədilə bu sahə üzrə mütəxəssis konsultasiyaları verilib.

Dəyəri 209 703 manat (123 355 ABŞ dolları) olan bu layihənin icraçısı AzPMA idi.

Tags: BP Azerbaijanlayihə

Eyni kateqoriyadan Digər materiallar

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
bp “Qarabağ” yatağı üzrə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi sənədinin layihəsini dərc edib
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
На месторождении “Карабах” будет пробурена оценочная скважина
Azərbaycan

BP “Qarabağ” yatağının işlənilməsinə dair planlarını açıqlayıb

28/11/2025
bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”
Azərbaycan

bp: “Dünyaya illərlə karbohidrogen lazımdır, Xəzər bu məsələdə əsas rol oynaya bilər”

26/11/2025
“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib
Azərbaycan

“Mərkəzi Azəri” platformasından 20 ilə 1,1 mlrd barel neft hasil edilib

18/02/2025
BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Azərbaycan

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

17/02/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.