Çərşənbə axşamı, Mart 17, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Azərbaycan qazının Macarıstana nəqli üçün danışıqlar başlayır

13/02/2021
Azərbaycan qazının Macarıstana nəqli üçün danışıqlar başlayır

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613189554312","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1613189857130"}

1
BAXIŞ
Share on FacebookShare on Twitter

“Macarıstan ölkəyə Azərbaycan qazını nəql edəcək boru kəmərinin çatışmayan hissəsinin tikintisini tamamlayacaq”

“Report”un Macarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto (Péter Szijjarto) dünən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərin toplantısında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, qaz tədarükü Macarıstan üçün milli təhlükəsizlik problemidir. O, hökumətin həm mənbələr, həm də tədarük xətləri baxımından şaxələndirməyə dair öhdəliyinə sadiq qaldığını təsdiqləyib.

Macarıstanlı nazir Cənub Qaz Dəhlizinin tikintisinin tamamlanmasını alqışlayıb və Avropada çatışmayan milli hissələrin ən qısa müddətdə inşa edilməsinə çağırıb. Onun sözlərinə görə, Macarıstan və Bolqarıstan sərhədləri arasındakı Serbiya hissəsi artıq inşa edilib və o, Bolqarıstan və Yunanıstan arasındakı boru kəməri hissənin də ən qısa müddətdə tamamlanmasına çağırıb.

P.Siyarto Macarıstanın elektrik enerjisi və təbii qaz istehsalı müəssisələrinə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstana Azərbaycan qazının alınması ilə bağlı müqavilələrin bağlanılması üçün danışıqlara başlamasını tapşırıb.

P.Syatro həmçinin Türkmənistanla Azərbaycan arasında Xəzər dənizində ortaq kəşfiyyat layihələrinə dair imzalanan yeni əməkdaşlıq müqaviləsini alqışlayıb. O bildirib ki, bu sazişlər də Cənub Qaz Dəhlizi vasitəsilə əlavə qaz tədarükünə yol aça biləcək.

Macarıstanlı nazir bu ölkənin MOL şirkəti Azərbaycanın ən böyük Avropa investoru olduğunu və bu ölkənin ən böyük qaz yatağı olan “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda üçüncü ən böyük paya sahib olduğunu qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

TAP-ın səhmdarları SOCAR (20 %), bp (20 %), Snam (20 %), Fluxys (19 %), Enagás (16 %) və Axpo (5 %) şirkətləridir.

Tags: Cənub Qaz DəhliziSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.