Çərşənbə axşamı, May 12, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrup yaradıldı

30/01/2021
İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” üzrə İşçi Qrup yaradıldı

{"subsource":"done_button","uid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1612001714403","source":"other","origin":"gallery","source_sid":"0C41611B-33B4-4448-A98A-62401FEB421D_1612001714434"}

3
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin mərkəzləşdirilmiş qaydada həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Əlaqələndirmə Qərargahı yaradılıb. Qərargahın tərkibində İdarələrarası Mərkəz və müvafiq sahələr üzrə İşçi Qrupları fəaliyyət göstərir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə işğaldan azad olunmuş ərazilərdə “Yaşıl enerji” konsepsiyasının tətbiqi, enerji infrastrukturunun bərpası və yenidən qurulması ilə bağlı konkret vəzifələr müəyyən edib, zəruri tapşırıqlar verib.

Unikal.org xəbər verir ki, dövlət başçısının tapşırığını rəhbər tutaraq İdarələrarası Mərkəzdə “Enerji təminatı məsələləri” İşçi Qrup yaradılıb.

Bu istiqamətdə İdarələrarası Əlaqələndirmə Mərkəzinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, energetika naziri Pərviz Şahbazov, SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov, “Azəriqaz“ İB-nin baş direktoru Ruslan Əliyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə İşçi Qrupun iclası keçirilib.

Tədbirdə bu sahədə fəaliyyət göstərən qurumların işğaldan azad olunmuş ərazilərdə birgə koordinasiya olunmuş fəaliyyətinin təmin edilməsi, yaşıl enerji zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə, ekoloji normaların gözlənilməsi və s. kimi məsələlər müzakirə edilib, görüləcək işlər və atılacaq addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Tags: İşçi QrupQarabağyaşıl enerji

Eyni kateqoriyadan Digər materiallar

Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib
Azərbaycan

Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib

29/12/2023
Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq
Azərbaycan

Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq

20/12/2023
Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları
Azərbaycan

Azərbaycanın yaşıl enerji üzrə yaxın dövrdəki fantastik planları

01/06/2023
Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib
Azərbaycan

Azərbaycan-Böyük Britaniya “yaşıl enerji” tərəfdaşlığının inkişafı müzakirə edilib

30/05/2023
Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib
Maraqlı Xəbərlər

Çin ötən il “yaşıl” texnologiyaların maliyyələşməsinə $3.3 trilyon xərcləyib

07/02/2023
Bakıda beynəlxalq enerji tədbiri öz işinə başlayıb
Azərbaycan

Bakıda beynəlxalq enerji tədbiri öz işinə başlayıb

05/02/2023
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026
Azərbaycan

Səngəçal terminalında qazla işləyən elektrik stansiyası dayandırılacaq

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə mayın 15-də görüş keçirəcək

11/05/2026
Azərbaycan

bp “Qarabağ” yatağının işlənməsi üzrə boru dəstlərinin istehsalı obyektinin tikintisinə aid ƏMSSTQ sənədinin layihəsini dərc edib

04/05/2026
Azərbaycan

bp I rübdə AÇG blokundan 29 milyon barel neft hasil edib

04/05/2026
Azərbaycan

Əmirbəyov: “Azərbaycan qazının Aİ ölkələrinə ixracının ikiqat artırılması mümkündür”

04/05/2026
Azərbaycan

Abşeron Yatağının Tammiqyaslı İşlənməsi Layihəsi üçün ƏMSSTQ-nin açıqlanması

16/03/2026
Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.