Cümə axşamı, Avqust 13, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib

29/12/2023
Bu il Qarabağ və Şərqi Zəngəzurda “AzərEnerji”nin 12 enerji obyekti istismara verilib
10
BAXIŞ
Share on FacebookShare on Twitter

İşğaldan azad edilən ərazilərdə 2023-cü ildə “AzərEnerji” ASC tərəfindən 12 yarımstansiya və su elektrik stansiyaları inşa edilərək istismara verilib.

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Həmçinin Azərbaycan-Türkiyə-Avropa ölkələrarası beynəlxalq enerji dəhlizi layihəsi çərçivəsində tikilən 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası istismara verilib.

“Yaşıl enerji” strategiyasına uyğun olaraq bu il ərzində Kəlbəcər rayonunda 8,33 meqavat gücündə “Çıraq-1”, 3,6 meqavat gücündə “Çıraq-2”, 6,33 meqavat gücündə “Qamışlı”, 5,3 meqavat gücündə “Soyuqbulaq” və 3,4 meqavat gücündə “Meydan” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub.

Paralel olaraq 2023-cü ildə “AzərEnerji” tərəfindən Laçında yeni tikilən 110 kilovoltluq “Qorçu” yarımstansiyasının və “Laçın” şəhər qovşaq yarımstansiyasının açılışı həyata keçirilib. Bununla yanaşı, Laçın rayonunda yenidən qurulan 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” kiçik su elektrik stansiyaları yenidən qurularaq istismara buraxılıb. Bununla yanaşı “AzərEnerji”nin yeni tikilən 10,5 meqavat gücündə “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışı olub. Dekabr ayında isə 110 kilovoltluq “Ağdam” qovşaq yarımstansiyasının açılışı həyata keçirilib.

“Bu ilin ən yadda qalan hadisələrindən biri isə heç şübhəsiz, 19-20 sentyabr antiterror tədbirlərindən cəmi 4 gün sonra Xankəndi və digər ərazilərin Azərbaycan enerji sisteminə qoşulması olub”, – məlumatda deyilir.

2023-cü ildə işğaldan azad edilən ərazilərdə “AzərEnerji”nin 9 elektrik stansiyasının tikintisinə başlanılıb və hazırda həmin 9 stansiya da daxil olmaqla Qarabağ və Şərqi Zəngəzurda 12 yerdə ekoloji cəhətdən təmiz “yaşıl enerji” istehsal edəcək su elektrik stansiyalarının tikintisi davam edir və onların bir neçəsində işlər tamamlanıb. “AzərEnerji”dən bildirilib ki, bu stansiyaların istismara verilməsi 2024-cü ildə nəzərdə tutulub.

Tags: Qarabağ

Eyni kateqoriyadan Digər materiallar

Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq
Azərbaycan

Qarabağda “yaşıl” texnologiyaların tətbiqi üzrə monitorinq aparılacaq

20/12/2023
İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” proqramı açıqlanıb
Azərbaycan

İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” proqramı açıqlanıb

21/11/2022
BP Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək
Azərbaycan

BP Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək

02/11/2022
Azərbaycan Qarabağda “yaşıl enerji” layihələrində Misir şirkətlərinin iştirakını nəzərdən keçirir
Azərbaycan

Azərbaycan Qarabağda “yaşıl enerji” layihələrində Misir şirkətlərinin iştirakını nəzərdən keçirir

21/10/2022
Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib
Azərbaycan

Qarabağda “yaşıl enerji” zonası ilə bağlı məsul şəxslər müəyyən edilib

20/10/2022
BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib
Azərbaycan

BANM tələbələri ilə Qarabağın dirçəlişi mövzusunda görüş keçirilib

15/10/2022
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

GL Group Fərid Bağırovu Kommersiya və Biznesin İnkişafı üzrə Qrup Vitse-Prezidenti təyin edib

23/07/2026
Azərbaycan

GL Group ABŞ-da fəaliyyətə başlamasını və Şimali Amerika üzrə İcraçı Vitse-Prezidentin təyin edilməsini elan edir

23/07/2026
Azərbaycan

GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb

23/07/2026
Azərbaycan

Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti oldu

23/07/2026
Azərbaycan

Azərbaycan Türkmənistana tanker hədiyyə edib

22/06/2026
Azərbaycan

bp yeni ikiseqmentli biznes strukturuna keçəcək

10/06/2026
Azərbaycan

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu yenilədi

10/06/2026
Azərbaycan

İlin əvvəlindən Azərbaycanın neft-qaz sektoru 1% azalıb

10/06/2026
Azərbaycan

Azərbaycan bp ilə enerji və rəqəmsal infrastruktur üzrə sənədlər imzalayıb

12/05/2026
Azərbaycan

İlham Əliyev: “Qarabağın günəş və su potensialı elektrik istehsalı üçün 700 MVt-a yaxın olacaq”

11/05/2026

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.