Cümə, Mart 6, 2026
Caspian Barrel
Advertisement
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
  • Azərbaycan
  • Rusiya
  • İran
  • Qazaxıstan
  • Türkmənistan
  • Maraqlı Xəbərlər
  • Yaşıl enerji
  • Vakansiya
  • Əlaqə
  • Azərbaycan
  • English
  • Русский
No Result
View All Result
Caspian Barrel
No Result
View All Result

SOCAR xərclərini minimuma endirmək üçün qazma işlərini azaldacaq

12/11/2020
SOCAR xərclərini minimuma endirmək üçün qazma işlərini azaldacaq
4
BAXIŞ
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin iştirakı ilə keçirilən iclasda “Azneft” İstehsalat Birliyinin idarəetmə strukturunun yenidən təşkil olunması, pandemiya dövründə OPEC+ razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn şirkətdaxili islahat və optimallaşdırma tədbirlərinin hazırkı statusu, eləcə də perspektiv addımlar müzakirə edilib

Bu barədə “Report”a SOCAR-dan məlumat verilib.

Qeyd olunub ki, hasilat məhdudlaşdırıldığına görə şirkətin əsasən qurudakı istehsalatlarında hasilat dayandırılıb. Həmin sahələrdə faktiki olaraq, fəaliyyətsiz qalmış işçilərin qüvvəsindən səmərəli istifadə etmək məqsədi ilə şirkətin əsas istehsalat bölmələri olan “Azneft” İB, Kompleks Qazma İşləri Tresti və bir sıra digər idarələrdə işçilərin səriştəliliklərinin qiymətləndirilməsi və inkişafı proqramı həyata keçirilib. Səriştə qiymətləndirilməsinin əsas məqsədi işçilərin peşəkarlıq səviyyəsini və istedadını müəyyən etmək və hər işçinin potensialına uyğun təlimlərin təşkilidir. İclasda bildirilib ki, bu günə qədər test üsulu ilə “Azneft” İB-nin 4 778 nəfər, Kompleks Qazma İşləri Trestinin 1 932 nəfər işçisinin səriştəliliyi qiymətləndirilib. Pandemiya ilə əlaqədar onlayn formatda keçirilmiş 177 təlim-vebinarda isə 13 342 nəfər SOCAR əməkdaşı iştirak edib. Aparılan sorğuya əsasən, onların 94 %-i şirkətin sertifikatlı təlimçiləri tərəfindən həyata keçirilmiş təlimlərdən məmnun qaldıqlarını bildirib.

Toplantıda o da qeyd olunub ki, xərclərin minimuma endirilməsi məqsədi ilə qazma işlərinin 2021-ci ildə də azaldılması nəzərdə tutulur. Qarşıdakı mərhələdə də şirkətin gəlirliyinin və əməliyyat effektivliyinin təmin olunması üçün imkanlar səfərbər olunur, preventiv tədbirlər görülür.

İclasın sonunda SOCAR-ın prezidenti R.Abdullayev şirkət işçiləri arasında hərbi xidmətə səfərbər edilən qazilərə və şəhid ailələrinə bütün lazımi maddi və mənəvi dəstəyin göstərilməsinin zərurətini vurğulayaraq müvafiq tapşırıqlar verib.


Tags: Rövnəq AbdullayevSOCAR

Eyni kateqoriyadan Digər materiallar

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib
Azərbaycan

Azərbaycan 3 aya Suriyaya 153 mln kubmetrdən çox qaz ixrac edib

14/12/2025
Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq
Azərbaycan

Macarıstan ikitərəfli saziş çərçivəsində Azərbaycandan 800 milyon kubmetr qaz alacaq

13/12/2025
“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir
Azərbaycan

“S&P” 2026-cı ildə Azərbaycanda neft hasilatının azalacağını gözləyir

08/12/2025
SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq
Azərbaycan

SOCAR 2026-cı ildə tarixinin ən böyük seysmik proqramına başlayacaq

26/11/2025
SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb
Azərbaycan

SOCAR “Sustainable Fitch” Beynəlxalq Reytinq Agentliyindən ilk ESG reytinqini alıb

24/11/2025
WTI Crude Price
Brent Crude Price

Azərbaycan

Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb

11/02/2026
Azərbaycan

Bəxtiyar Aslanbəyli: bp AÇG-də iki prioritet qaz layına çıxış əldə edib

11/02/2026
Azərbaycan

“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun “Qlobal mayak” şəbəkəsinə üzv qəbul edilib

21/01/2026
Azərbaycan

SOCAR ADNOC ilə “Abşeron” yatağının tammiqyaslı işlənmə layihəsini müzakirə edib

21/01/2026
Azərbaycan

Yanvarın 1-dən TAP-ın ötürmə gücü ildə 1,2 milyard kubmetr artırılıb

12/01/2026
Azərbaycan

Azərbaycandan Ermənistana üçüncü partiya yanacaq göndərilib

12/01/2026
Azərbaycan

bp yanvarın 16-da “Əşrəfi -Dan ulduzu -Aypara” layihəsi üzrə ictimai dinləmələr keçirəcək

12/01/2026
Azərbaycan

bp “Əşrəfi-Dan ulduzu-Aypara” layihəsi üçün Ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini açıqlayıb

29/12/2025
İran

İran qazının kəsilməsi İraq enerji sistemini yeni sınağa çəkdi

28/12/2025
Azərbaycan

Azərbaycan qazının Avropa bazarlarına çıxarılmasının beş ili

19/12/2025

No Result
View All Result
  • Azərbaycan
  • English
  • Русский
  • Azərbaycan
  • Rusiya
  • Qazaxıstan
  • Türkmənistan
  • İran
  • Maraqlı Xəbərlər
  • Vakansiya
  • Yaşıl enerji
  • Əlaqə

© 2014 - 2024 CaspianBarrel - Xəzərin neft və qaz xəbələri.

Caspian Barrel saytında vakansiyalarla bağlı elan yerləşdirmək istəyənlərin nəzərinə!

Bunun üçün Axundov Ceyhunla əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə üçün (+994-50) 213-8932 nömrəli telefona zəng edə və [email protected] elektron poçtuna yaza bilərsiniz.