Pakistan gələn ilin yanvar-fevral aylarında altı mayeləşdirilmiş təbii qaz (LNG) yükünün idxalı üçün müraciət edib
“Report”un məlumatına görə, bu barədə “Dawn” qəzetinə müsahibəsində ölkənin təbii qaz alıcısı məlumat verib.
Bildirilir ki, yüklərin çatdırılma müddəti yanvarın 8-dən fevralın 1-dəkdir.
Xatırladaq ki, “Pakistan LNG LTD” şirkətinin elan etdiyi tenderin qalibləri arasında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) də var. Həmçinin qalib şirkətlər arasında “Trafigura” və “Vitol” şirkətləri yer alıb.
Hər biri 140 min kubmetr təşkil edən yükün müraciətin son tarixi 10 dekabrdır.
Xatırladaq ki, bir müddət əvvəl SOCAR Pakistanda keçirilən tenderdə qaliblərdən biri olub. Ən ucuz qiymət təklifini iki şirkət – SOCAR və “Trafigura” veriblər. Belə ki, SOCAR-ın təklif etdiyi qiymət “Brent” markalı neftin qiymətinə nisbətdə 16,8403 %, “Trafigura”nın təklif etdiyi qiymət isə 16,9870 % təşkil edir.